Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/97/20-25

Ağasəməd Yəhyalı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

magistrant

yahyaliagasamed@gmail.com


YEMƏK SİFARİŞİ PLATFORMALARINDA QİDA ÇATDIRILMASI 

XİDMƏTLƏRİNİN İŞ PRİNSİPİ


Xülasə

Elekron ticarət müəssisələrin məhsul və xidmətlərini onlayn mağazalar və ya e-ticarət bazarları vasitəsilə satılmasıdır. İnternetin meydana gəlməsi ilə alış-veriş proseslərində dəyişiklik meydana gəldi. Hazırda insanlar daha çox onlayn satış edən müəssisələrdən alış-veriş edirlər və brend şirkətlər də onlayn mağazalar vasitəsilə satışını təmin edir. Onlayn satışın təşkili üçün rəqəmsal transformasiyasının ardıcıl tətbiqi zəruri xarakter kəsb edir. Təklif olunan iaşə məhsulları haqqında məlumat saytda yerləşdirilməlidir. Burada müəssisənin adı, yemək hazırlanan stasionar obyektin ünvanı və iş rejimi yazılmalıdır. 

Məqalədə yemək sifarişi platformalarında qida çatdırılması xidmətlərinin iş prinsipi haqqında məlumat verilmişdir. Müasir dövrdə uzaqdan alış-veriş etmək, onu kuryerlə almaq, eləcə də bank kartı ilə ödəniş etmək normal haldır. Belə olan halda o, göstərdiyi xidmətə görə malın dəyərinin neçə faizinin kuryerə verilməli olduğunu və həmin cəhətin qanunla tənzimlənmədiyini diqqətə çatdırır. 

Şəxsi aktivləri olan kuryer xidməti logistika xidmətlərinin tam spektrini təqdim edir. Kuryer xidmətinin resursları eyni zamanda çoxlu sayda fiziki şəxslərə və iri korporativ müştərilərə keyfiyyətli xidmətlər göstərmək üçün nəzərdə tutulub. Hazırda qida çatdırılması sənayesi sürəli bir şəkildə inkişaf edir. Analitiklər yaxın illərdə restoranlar tərəfindən çatdırılan yeməklərin sayının durmadan artacağını proqnozlaşdırırlar. Bu proses istehlakçılar tərəfindən bəyənilir və insanlara sürətli çatdırılma ilə pul qazanmağa imkan verir. Restoranlar da çatdırılma platformasında öz təsirlərini artıra və sifariş qəbul etmək üçün daha çox imkanlara sahib ola bilərlər.

Açar sözlər: internet, elektron ticarət, onlayn bazar, yemək sifarişi, qida çatdırılması, kuryer xidmətləri


Aghasamad Yahyali

Azerbaijan State University of Economics (UNEC)

master student

yahyaliagasamed@gmail.com


The working principle of food delivery services on food ordering platforms


Abstract

E-commerce is the sale of products and services by businesses through online stores or e-commerce marketplaces. With the advent of the Internet, there has been a change in shopping processes. Nowadays, people are increasingly buying from businesses that sell online, and brand companies are also selling through online stores. The consistent application of digital transformation is necessary for the organization of online sales. Information about the offered catering products should be posted on the website. The name of the enterprise, the address of the stationary facility where food is prepared, and the mode of operation should be written here. 

The article provides information about the working principle of food delivery services on food ordering platforms. In modern times, it is normal to shop remotely, to receive it by courier, as well as to pay by bank card. In such a case, he points out that what percentage of the value of the goods should be given to the courier for the service he provides and that aspect is not regulated by law. Courier service with private assets provides a full range of logistics services. 

Courier service resources are designed to provide quality services to a large number of individuals and large corporate clients at the same time. Nowadays, the food delivery industry is constantly evolving. Analysts predict that the number of meals delivered by restaurants will increase steadily in the coming years. This process is liked by consumers and allows people to earn money with fast delivery. Restaurants can also increase their influence on the delivery platform and have more opportunities to receive orders.

Keywords: internet, e-commerce, online marketplace, food ordering, food delivery, courier services



Baxış: 298