Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

1980-ci illərdə Azərbaycanda ictimai-siyasi vəziyyətin mətbuata təsiri

 

Günay Məmmədova

 

Xülasə. XX əsrin 80-ci illərində SSRİ-nin dərin iqtisadi böhran içərisində çabaladığı, mənəvi-psixoloji aşılanmanın son həddə çatdığı, ictimai-siyasi hərc-mərcliyin hökm sürdüyü hər addımda hiss olunurdu, həmçinin dünyada mühafizəkar qüvvələrin fəallaşması bir çox əsarət altında yaşayan ölkələrə təsir edirdi. Göründüyü kimi, SSRİ-nin bütün iqtisadi sistemi, ideologiyası, daxili və xarici siyasəti köklü surətdə yenidənqurmaya, ciddi islahatlara, əsaslı dəyişikliklərə möhtac idi.

1985-ci ilin mart ayında SSRİ-də Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkəni iqtisadi böhrandan çıxmaq meylləri “yenidənqurma” siyasəti adı altında pərdələnməyə başlandı. Xarici ədəbiyyat bunu “Qorbaçov inqilabı” adlandırır. Həqiqətən də ölkənin həm iqtisadiyyatı, həm də ideologiyası ciddi yenidənqurma tələb edir. “Yenidənqurma” əvvəl xalq təsərrüfatının inkişafını sürətləndirmək siyasətindən başladı. Sonra iqtisadi, siyasi və hüquqi islahatlar həyata keçirilməsinə başlanıldı. Qarbaçovun nisbətən cavan olması xalqda müəyyən ümidlər doğurmuşdu. “Yenidənqurma” siyasətində demokratiya anlayışının önə sürülməsi Sovet imperiyasının tərkibində olan millətlərin siyasi həyatı ilə yanaşı mətbuatına da bir sıra dəyişikliklər gətirdi. Qəzetlərin məzmununda obyektiv yanaşmalar və fikirlər yer almağa başladı.

 

Açar sözlər: yenidənqurma, mətbuat, Qarabağ, antitürk siyasət, qəzet, müstəqillik dövrü, kommunist ideologiyası, ilk gizli nəşrlər

 


Baxış: 70