Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/47/9-14

Aidə Bağırova

Bakı Dövlət Universiteti

tarix elmləri doktoru

https://orcid.org/0000-0003-4458-6970

aida_bagirova@yahoo.com  

 

2003-cü il İraq müharibəsi ərəfəsində aparıcı dövlətlərin

diplomatik mübarizəsi

 

Xülasə 

Məqalədə 2003-cü ilin martında ABŞ-nin başçılığı altında beynəlxalq koalisiya qüvvələrinin İra­qa qarşı müharibəsi ərəfəsində böyük dövlətlərin diplomatik mübarizəsi araşdırılır. Məqalədə qeyd olunur ki, 2001-ci il 11 sentyabr terror hadisəsi təkcə ABŞ-nin təhlükəsizliyinə deyil, bütöv­lükdə mövcud dünya düzəninə keyfiyyətcə yeni çağırışlar yaratdı və terrorla mübarizə aparıcı dünya dövlətləri üçün prioritet məsələyə çevrildi. Antiterror əməliyyatı nəticəsində Əfqanıstanda Talibanın süqutundan sonra (oktyabr 2001) İraq rejimi kütləvi qırğın silahlarını istehsal etməkdə və bey­nəl­xalq terrorizmi dəstəkləməkdə ittiham edilərək qlobal terror təhlükəsinin mənbəyi elan edildi. Artıq 2001-ci ilin ikinci yarısından etibarən ABŞ-nin apardığı antiterror kampaniyası çərçivəsində İraq probleminin güc müstəvisində həlli hədəfə çevrilmişdi. Bu dövrdə aparıcı dövlətlərin diplomatik mü­­barizəsi, əsasən, BMT TŞ-nın daimi üzvləri və Aİ-nin önəmli dövlətləri arasında aparılırdı.

Məqalədə göstərilir ki, İraq probleminin tənzimlənməsində iki bir-birinə zidd mövqe, yanaşma mövcud idi. ABŞ və onun əsas müttəfiqi olan Böyük Britaniya problemin güc müstəvisində həlli tərəfdarı kimi çıxış edirdilər, BMT TŞ-nın digər üzvləri – Fransa, Rusiya və Çin, həmçinin Aİ-nin aparıcı dövləti olan Almaniya problemin dinc yolla həllinə çalışırdılar.

Açar sözlər: 2001-ci il 11 sentyabr terroru, antiterror əməliyyatı, ABŞ, BMT TŞ, İraq, 2003-cü il müharibəsi


Baxış: 425