“Elmi iş” jurnalı 25 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir (Reyestr №2212). 2014-cü ilə qədər jurnalın 38 nömrəsi çap olunmuş və 2015-ci ildə maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırmışdı. 2018-ci ilin dekabr ayından “Elmi iş” jurnalı beynəlxalq elmi jurnal olaraq fəaliyyətinə yenidən başlamışdır. Hal-hazırda jurnal Beynəlxalq Standart Seriya Nömrəsi ilə (İSSN) dərc olunur (ISSN: 2663-4619). Xüsusi olaraq jurnalda dərc olunan məqalələrə DOI (Digital object identifier) verilir. DOI elmi yazıların dəyişməz olaraq elektron məkanda saxlanılmasını təmin edir.
DOI prefiksi: 10.36719
© Jurnalda çap olunan materiallardan istifadə edərkən istinad mütləqdi.