Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/163-167

Nəzrin Məmmədova

Bakı Slavyan Universiteti

magistrant

https://orcid.org/0009-0009-3075-902X

memmedovahnezrin@gmail.com

 

3–4-cü sinif şagirdləri üçün təlimdə dəstəkləyici mühitin

əsasları və tətbiqi modelləri

 

Xülasə

 

Bu məqalədə 3–4-cü sinif şagirdləri üçün təlimdə dəstəkləyici mühitin nəzəri əsasları və tətbiqi modelləri sistemli şəkildə təhlil olunur. Müasir pedaqoji yanaşmalar çərçivəsində konstruktivist, humanist və inklüziv təlim prinsiplərinə əsaslanaraq, şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların sosial-emosional inkişafını dəstəkləyən mühitin formalaşdırılması zərurəti əsaslandırılır. Məqalədə dəstəkləyici mühitin əsas komponentləri – fiziki, psixoloji, sosial və pedaqoji aspektlər – konseptual baxımdan izah edilir və onların qarşılıqlı təsiri vurğulanır.

Tədqiqatda həmçinin, kooperativ öyrənmə, sosial-emosional öyrənmə (SEL), diferensial təlim və layihə əsaslı öyrənmə kimi tətbiqi modellərin 3–4-cü siniflərdə istifadəsi təhlil olunur. Bu modellərin Azərbaycan təhsil sistemində tətbiq imkanları və mövcud kurikulum çərçivəsindəki rolu konkret nümunələr və metodik sənədlər əsasında araşdırılır. Müəllimin dəstəkləyici mühitin qurulmasındakı rolu, peşəkar hazırlığı və reflektiv pedaqoji bacarıqları xüsusi vurğulanır. Məqalənin sonunda praktik tövsiyələr irəli sürülür və bu mühitin şagirdlərin təlimə motivasiyası, özünəinamı və sosial uyğunlaşmasına təsiri ümumiləşdirilir.

Açar sözlər: dəstəkləyici mühit, ibtidai təhsil, konstruktivist yanaşma, sosial-emosional öyrənmə, diferensial təlim

 

 


Baxış: 2