7-9 yaşlı qızların fiziki sağlamlıq göstəricilərinin yaxşılaşmasına təsir göstərən üzgüçülük məşqləri metodikasının xüsusiyyətləri
Vəkil Vəkilov
Xülasə. Məqalədə 7-9 yaşlı qızların fiziki sağlamlıq göstəricilərinin yaxşılaşmasına təsir göstərən üzgüçülük məşqlərinin metodik xüsusiyyətləri təhlil edilir. Tədqiqatda məşqlərin əvvəlcə quruda, sonra isə suda icrası, nəfəs və bədən koordinasiyasının formalaşdırılması, fərdi yanaşma və təhlükəsizlik qaydalarına riayət edilməsinin önəmi vurğulanır. Məqalədə həmçinin oyunların üzmə bacarıqlarının inkişafında rolu, uşaqların su mühitinə adaptasiyası, koordinasiya, ritmik hərəkətlər və emosional motivasiyanın artırılması nəzərdən keçirilir. Müxtəlif oyun nümunələri – “Qurbağaların yarışı”, “Kim daha hündür?”, “Tora”, “Çapaqlar və qızılbalıq”, “Oxlar” – vasitəsilə uşaqların hərəkət bacarıqları və suda sərbəstliyi tədqiq olunur. Məqalə metodik göstərişlər və praktik tövsiyələr əsasında məktəb yaşlı qızların fiziki inkişafına töhfə verən məşq proqramının hazırlanmasına yönəlib.
Açar sözlər: üzgüçülük, məktəbyaşlı uşaqlar, suda oyunlar, adaptasiya, təhlükəsizlik, qızlar