Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/84/21-26

Xatirə İsam qızı Hüseynova

Bakı Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

hatirebsu@gmail.com

https://orcid.org/0000-0003-0697-380X



MEDİA TƏHSİLİ VƏ İNFORMASİYA SAVADLILIĞI

MEDİA MANİPULYASİYAYA QARŞI


Xülasə

Texniki vasitələrin inkişafı medianın hərtərəfli güclənməsinə və informasiyanın operativliyinə təsirsiz ötüşmədi. Lakin bütün müsbət tərəfləri ilə bərabər, informasiyanın kəmiyyətcə artması, ifadə vasitələrinin zənginləşməsi təkcə keyfiyyətcə daha dəqiq və tərəfsiz xəbərin deyil, həm də yoxlanılmamış məlumatların, qeyri-dəqiq informasiyaların bəzən bilərəkdən yayılmasına səbəb olur. Sosial şəbəkələr belə məlumatların sürətlə tirajlanmasına şərait yaradaraq cəmiyyətdə çaşqınlıq yaranmasına, ictimai şüurun manipulyasiyasına rəvac verir. Beləliklə, media yalnız informasiya vasitəsi deyil, həm də manipulyasiya alətinə çevrilir. Belə məqamda media təhsilinin önəmi üzə çıxır və informasiya savadlılığı media manipulyasiya ilə mübarizədə əsas silaha çevrilir. Məqalədə media təhsili mediamanipulyasiyadan qorunmağın vacib amili kimi göstərilir, informasiya savadlılığının önəmi vurğulanır. Araşdırmanın gedişində bu sahədə beynəlxalq mütəxəssislərin sözügedən sahədə aparılmış araşdırmaları nəzərdən keçirilib, Azərbaycan media mühitində yeni sahə olan informasiya savadlılığının artırılmasının yolları göstərilib.

Açar sözlər: media, manipulyasiya, disinformasiya, misinformasiya, media savadlılığı, informasiya savadlılığı


Khatira Isam Huseynova

Media education and information literacy against 

media manipulation


Abstract

The development of technical means did not pass without an impact on the comprehensive strengthening of the media and the effectiveness of information. However, along with all the positive aspects, the quantitative increase of information and the enrichment of means of expression lead not only to qualitatively more accurate and unbiased news but also to the dissemination of unverified and inaccurate information, sometimes spread deliberately. Social networks facilitate the rapid circulation of such information, creating confusion in society and manipulating public consciousness. Thus, the media becomes not only a means of information but a tool of manipulation. These circumstances reveal the importance of media education when information literacy becomes the main tool in the fight against media manipulation. The article emphasizes media education as an important factor of protection from media manipulation and underlines the importance of information literacy. The paper also reviewed the researches of international experts in this field and scrutinized the ways of increasing information literacy, which is a new field in the media environment of Azerbaijan.

Keywords: media, manipulation, disinformation, misinformation, media literacy, information literacy





Baxış: 1054