Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Günay Musa qızı Quluzadə
Bakı Slavyan Universiteti

PEDAQOGİKA ELMİNDƏ YAŞ DƏRƏCƏLƏRİNİN ХÜSUSİYYƏTLƏRİ

Açar sözlər: Yaş, psixoloji xüsusiyyət, məktəb, müəllim, bölgü
Key words:Age, psychological characteristics, school, teacher,division
Ключевые слова: возраст, психологическая особенность, школа,учитель, деление

İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür (Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b.). Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq ola­raq insan həyatını dörd dövrə bölmüşdür: həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: 
I - fiziki inkişaf dövrü (0-2 yaş); 
II - hisslərin inkişafı dövrü (2-12 yaş); 
III - zehni inkişaf dövrü (12-15 yaş); 
IV - əxlaqi inkişaf dövrü (15-18 yaş).


Baxış: 2942