Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Zəminə Xosrov qızı Gülüstani
Mingəçevir Dövlət Universiteti
gulustani64@mail.ru 

BAYAT VƏ DƏMİRÇİ ETNOTOPONİMLƏRİNİN LİNQVİSTİK TƏHLİLİ

Açar sözlər: etnotoponim, Güney Azərbayan,Türk mənşəli, toponim, Bayat, Dəmirçi
Keywords: ethnotoponyms, South Azerbaijan, Turkish origin, toponymy, Bayat, Demirchi
Ключевые слова: этнотопоним, Южный Азербайджан, тюркское происхождение, топоним, Баят, Демирчи

Giriş
Etnonim və etnotoponimlər hər bir xalqın, o cümlədən də həmin xalqa aid xüsusi ad sisteminin öyrənilməsində müstəsna rol oynayır. E.Murzayev yazır ki, etnoslar və onların əsasında formalaşan toponimlərin həm yaşı qədim olur, həm də onlar assimilyasiyaya məruz qalsalar da, haradasa öz izlərini saxlayırlar. (Э.Мурзаев, 1984:   48-49).
 Bu mənada Cənubi Azərbaycanın etnotoponimlərinin sistemli, elmi şəkildə öyrənilməsi həm o zonada türklərin əzəldən yerli etnos-xalq olduğunu və onların tarix səhnəsində oynadıqları rolu əyani şəkildə göstərmək üçün olduqca önəmlidir. Həm də Cənubi Azərbaycan ərazisindəki toponimlərin hansını araşdırırsansa, təxminən etnonim mənşəli olduğunun şahidi olursan. Bunun özü də göstərir ki, oradakı etnotoponimlərin araşdırılması maraqlı elmi nəticələrin əldə edilməsinə gətirib çıxara bilər. Eyni zamanda onun da şahidi oluruq ki, həmin ərazidə qeydə alınan etnotoponimlərin demək olar ki, əksəriyyətinin maraqlı areal   xüsusiyyətləri də vardır ki, bu da onların tədqiq  olunmasının əhəmiyyətini və vacibliyini bir daha göz önündə canlandırır.


Baxış: 1359