DOI: https://doi.org/10.36719/2789-6919/47/64-67
Vüqar Qaraqurbanlı
AR KTN, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu
Doktorant
https://orcid.org/0009-0005-1935-8170
vqarqar@gmail.com
Abşeron yarımadasının iqlimi, radiasiya balansı, atmosfer dövriliyi və hidrotermal rejimi
Xülasə
Xəzər dənizinin qərb sahilində yerləşən Abşeron yarımadası quraq iqlimi və tez-tez əsən küləkləri ilə seçilir. Bu amillər və dənizlə əhatə olunması birlikdə bölgədə özünəxas aqroiqlim mühiti formalaşdırır. Bu tədqiqatda müşahidə məlumatları əsasında Abşeron yarımadasının günəş radiasiya rejimi, atmosfer dövrləri və hidrotermal balansı qiymətləndirilir. Nəticələr göstərir ki, bol günəş enerjisi qəbulu ilə qıt su ehtiyatları arasındakı tarazsızlıq kənd təsərrüfatının məhsuldarlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu səbəbdən, məqalədə Abşeron yarımadasının iqlim şəraitinə uyğun kənd təsərrüfatı strategiyaları təqdim olunur.
Açar sözlər: Abşeron yarımadası, yarımsəhra iqlimi, günəş radiasiyası, külək rejimi, hidrotermal balans, quraqlıq stresi, aqroiqlimə uyğunlaşma