Ağarəhimin bədii yaradıcılığında psixologizmin ifadə xüsusiyyətləri
Aysel Zərbəliyeva
Xülasə. Məqalədə Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olan Ağarəhimin bədii yaradıcılığında psixologizmin ifadə xüsusiyyətləri tədqiq edilmişdir. Yazıçının əsərlərində insanın daxili aləminin, emosional yaşantılarının, düşüncə və hisslərinin bədii təsvir vasitələri ilə təqdim olunması araşdırılmışdır. Tədqiqat zamanı “Əsgər anası”, “Canavar balası” və “Uşaq hekayələri” əsərləri psixoloji aspektdən təhlil edilmiş, qəhrəmanların ekstremal vəziyyətlərdə davranış xüsusiyyətləri, qorxu, narahatlıq, tənhalıq, mərhəmət, analıq hissi və mənəvi dözümlülük kimi emosional halları öyrənilmişdir. Müəllifin daxili monoloq, psixoloji detal, emosional təsvir, simvolik ifadə vasitələrindən istifadə bacarığı onun yaradıcılığının mühüm xüsusiyyəti kimi dəyərləndirilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Ağarəhimin bədii irsi Azərbaycan ədəbiyyatında psixoloji realizmin inkişafında mühüm rol oynamışdır.
Açar sözlər: Ağarəhim, psixologizm, bədii yaradıcılıq, psixoloji realizm, emosional vəziyyət, daxili aləm, uşaq psixologiyası