Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/230-233

Şükufə Hüseynova

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0001-0223-2281

shukufahuseyn99@gmail.com

 

Ailə, qadın, gənclik problemlərinin çağdaş ictimai kontekstdə hekayəyə əksi

 

Xülasə

 

Çağdaş Azərbaycan hekayələrində ailə, qadın və gənclik mövzuları, cəmiyyətin sosial və mənəvi dinamikasını əks etdirən əsas tematik xəttlərdən biridir. Bu hekayələrdə ailə institutunun zəifləməsi, boşanma halları, valideyn-övlad münasibətlərində yaranan uçurumlar və ailədaxili zorakılıq kimi problemlər realist yanaşmalarla təqdim olunur. Qadın obrazları, həm ənənəvi rollarla, həm də müasir dövrün diktə etdiyi azadlıq və mübarizə tələbləri arasında qalmış fərd kimi təsvir edilir. Gənclik isə həm sosial ədalətsizlik, işsizlik və təhsil problemləri ilə mübarizə aparan, həm də özünü reallaşdırmaq istəyən bir nəsil kimi təqdim edilir. Müasir hekayə janrında bu mövzular təkcə sosial reallığın təsviri deyil, eyni zamanda psixoloji, mədəni və estetik aspektlərdə də işlənir. Hekayələrdə istifadə edilən simvollar, məkan və zaman anlayışları bu mövzuların dərinləşdirilməsinə xidmət edir və oxucunu düşündürən çoxqatlı məna strukturları yaradır.Ailə, qadın və gənclik problemlərinin ədəbi mətnlərdə işlənməsi, cəmiyyətin dəyişən strukturuna və dəyərlər sisteminə uyğun olaraq daha kompleks və çoxsəslilik daşıyan məzmunlarla təqdim olunur.

Açar sözləri: Ailə institutunun dağılması, ailədaxili konflikt. boşanma və emosional uzaqlıq. valideyn-övlad münasibətləri, adın hüquqları, patriarxal struktur

 


Baxış: 49