Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/123/93-96

Röya Nəsibova

Bakı Dövlət Universiteti

https://orcid.org/0009-0002-8047-5139

royanesibova@gmail.com

 

AİZ-lərin beynəlxalq iqtisadi sistemə inteqrasiyasının

sürətləndirilməsi və artırılması istiqamətləri

 

Xülasə

 

Azad İqtisadi Zonaların (AİZ-lərin) beynəlxalq iqtisadi sistemə inteqrasiyasının sürətləndirilməsi və artırılması, milli iqtisadiyyatların rəqabət qabiliyyətinin yüksəldilməsi, xarici investisiyaların cəlbi və innovativ inkişafın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. AİZ-lər xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, istehsalın modernləşdirilməsi, texnoloji transfer və ixracyönümlü sənayelərin inkişafı kimi prosesləri dəstəkləyir.

Bu inteqrasiya prosesinin effektiv həyata keçirilməsi üçün beynəlxalq ticarət şəbəkələrinə qoşulma, gömrük və vergi güzəştlərinin optimallaşdırılması, logistika və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsal ticarət imkanlarının genişləndirilməsi və hüquqi-normativ bazanın beynəlxalq standartlara uyğunlaşdırılması əsas istiqamətlər kimi çıxış edir.

Eyni zamanda, regional və qlobal təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi və innovativ ekosistemlərin yaradılması AİZ-lərin dünya iqtisadiyyatına effektiv inteqrasiyasını təmin edə bilər. Bu yanaşmalar, AİZ-lərin iqtisadi artım, texnoloji tərəqqi və dayanıqlı inkişaf məqsədlərinə daha sürətli və effektiv şəkildə çatmasına şərait yaradır.

Açar sözlər: ticarət, beynəlxalq, iqtisadi, baza, standart

 

 


Baxış: 38