Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/55-62

Aytac Rəhimli

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0004-6776-9874

aytacrahimli1@gmail.com

 

Aktiv əməliyyatların optimallaşdırılmasında

müasir bank texnologiyalarının rolu

 

Xülasə

 

Bu məqalə bank texnologiyalarının sürətli inkişafı nəticəsində rəqəmsallaşmanın rolu və onun bankların aktiv idarəçiliyi və əməliyyat səmərəliliyinə təsirlərini araşdırır. Rəqəmsallaşmanın geniş tətbiqi sayəsində mobil və internet bankçılıq, açıq bankçılıq və API texnologiyaları vasitəsilə  banklar müştərilərə daha sürətli və əlçatan xidmətlər təqdim olunmasına imkan yaradır. Blokçeyn texnologiyası mərkəzləşdirilməmiş strukturu ilə risksiz və şəffaflıq səviyyəsini yüksəldərək kredit riskinin və saxtakarlığın qarşısını almağa kömək edir. Süni intellekt və maşın öyrənməsi alqoritmlərinə əsaslanan analiz üsulları bankların kredit portfellərinin optimallaşdırılması, risklərin daha dəqiq qiymətləndirilməsi və likvidliyin proqnozlaşdırılmasında əsas rol oynayır. Böyük verilər analitikası isə müştəri davranışlarının daha dərindən analizi, kredit portfelinin keyfiyyətinin yüksəldilməsi və əməliyyat effektivliyini artırılması üçün tətbiq edilir. COVID-19 pandemiyası rəqəmsallaşmanı daha geniş tətbiq edilməsini təşviq etmiş və bankların strateji idarəçiliyində rəqəmsal texnologiyaların önəmini artırmışdır. Nəticədə, bu texnologiyalardan istifadə edilməsi əməliyyat sürətini, aktivlərin keyfiyyətini və maliyyə dayanıqlılığını yüksəldərək banklara uzunmüddətli rəqabət üstünlüyü təmin edir.

Açar sözlər: aktivlərin optimizasiyası, bank texnologiyaları, mobil və internet bankçılıq, açıq bankçılıq, blokçeyn, maşın öyrənməsi, böyük verilənlər


Baxış: 61