Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Mansurova Sevda İbrahim qızı
Açar sözlər: ailə, şəxsiyyət,tərbiyə, cəmiyyət, ünsiyyət
Key words: family, person, education, society, comunication
Ключевые слова: семья, личность, воспитание, общество, общение
 

Hər bir insan dünyaya fərd kimi gəlir və müəyyən sosial keyfiyyətlərə yiyələndikcə şəxsiyyətə çevrilir. Fərdin şəxsiyyət kimi formalaşmasında bioloji amillər, sosial amillər və tərbiyənin xüsusi rolu vardır. Məlum olduğu kimi hər bir fərdin cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasında digər faktorlarla yanaşı ailə tərbiyəsinində rolu danilmazdır. Ailə hər bir fərdin doğulub, boya - başa çatdığı kiçik bir cəmiyyətdir. Uşaq hələ müəyyən yaşa çatıb, sosiallaşana qədər ailədə mövcud mühitə uyğun olaraq tərbiyə alır və bu istiqamət¬də inkişaf edir. Təbii ki, uşağın genetik xüsusiyyətlərini də nəzərə alaraq ailə tərbiyəsinin onun formalaş¬masına təsiri məsələlərinə diqqət yetirək. Belə ki, bildiyimiz kimi hər bir uşaq anadan olarkən müəyyən sinir tipinə, temperament xüsusiyyətinə malikdir. Bir ailədə doğulan bir neçə övladın hər birinin fərqli tempera¬ment tipinə malik olması hamıya məlumdur. Temperament tipindən asılı olaraq hər bir uşağın fərqli davranışı, reaksiyaları, həsaslığı, aktivliyi, ümumiyyətlə fərqli xüsisiyyətləri yaranacaqdır. Bu isə o deməkdir ki, hər hansisa bir situasiyada bacı-qardaşların hər biri fərqli reaksiya, münasibət göstərəcəkdir. Əgər bir ailədə fərqli xarakterli uşaqlar böyüyürsə, bu ailədə valideyinlərin onlara eyni tərzdə yanaşmaları, ümumiyyət¬lə ailədə bir təriyə üsulunun tətbiq edilməsi nə dərəcədə düzgün olar.?


Baxış: 1829