DOI: https://doi.org/10.36719/2789-6919/57/83-86
Şəbnəm Əliyeva
Naxçıvan Dövlət Universiteti
dissertant
https://orcid.org/0000-0002-9716-7629
shebnemeliyeva27@gmail.com
Ali pedaqoji təhsil mühitində elmi fəaliyyətin müasir vəziyyəti və modernləşmə perspektivləri
Xülasə
Məqalədə ali təhsilin qlobal miqyasda əhəmiyyəti, son illərdə xüsusilə texnologiyanın inkişafının təhsil sektoruna həm birbaşa, həm də dolayı yolla öz təsirini göstərməsi məsələlərindən bəhs edilir. Araşdırmalar göstərir ki, ali təhsildə modernləşmə də son illərdə xüsusilə aktualdır. İstər yerli, istər beynəlxalq səviyyədə ali təhsil müəssisələrində rəqəmsal texnologiyaların tətbiqi modernləşmə siyasətinin əsasını təşkil edir. Məqalədə göstərilir ki, modernləşmə təhsil sektorunda tədris, təlim proseslərinə də əhəmiyyətli təsir göstərir.
Azərbaycan təhsil sistemi hazırda cəmiyyətin müasir tələblərinə müvafiq olaraq yenidən təşəkkül tapır. Bu dəyişikliklərə əsas göstərən amillər dünya miqyasında inteqrasiya, informasiya texnologiyalarının sürətli inkişafı və elmi nailiyyətlərin artmasıdır. Artıq aydın olur ki, təhsilin keyfiyyət göstəriciləri yalnız dərs proqramlarının yenilənməsi ilə məhdudlaşmır.
Eyni zamanda, idarəetmə metodlarının inkişaf etdirilməsi, müəllimlərin ixtisas hazırlığının gücləndirilməsi və daha əlverişli tədris mühitinin formalaşdırılması da mühüm rol oynayır.
Açar sözlər: rəqəmsal texnologiyalar, ali təhsil, modernləşmə, innovasiya, universitet