Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/111-114

Aygün Verdiyeva

Xəzər Universiteti

https://orcid.org/0009-0005-1166-2012

averdiyeva@khazar.org

 

Ali təhsil müəssisələrində tələbə nailiyyətlərinin qiymətləndirilməsinin

əsas prinsipləri

 

Xülasə

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ictimai münasibətlərin dəyişməsi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, elmi-texniki tərəqqi, Av­ro­pa təhsil sisteminə in­teqrasiya təhsilin məzmununun yenilənməsi təhsil sistemində islahatların keçirilməsinə zəmin yarat­dı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Təhsil sahəsində İslahat proqramı”, təh­silin humanistləşdirilməsi, humanitarlaşdırılması, demokratikləşdi­ril­mə­si, diferensiallaşdırılması və inteqrasiyası kimi prinsiplərinə əsaslanır. Bu prinsiplər isə milli zəminə, bəşəri dəyərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasını və təh­sil alanın şəxsiyyət kimi formalaşması üçün onun tə­lim-tərbiyə prosesinin bə­ra­bər­hü­quqlu subyektinə çevrilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Məqalədə ali təhsil müəssisələrində tələbə nailiyyətlərinin qiymətləndirilməsinin əsas prin­sipləri araşdırılaraq təhlil predmetinə çevrilir.

Açar sözlər: qiymətləndirmə, ali məktəb, təhsilalan, təhsilin humanistləşdirilməsi, təhsil proq­ramı


Baxış: 414