DOI: https://doi.org/10.36719/2789-6919/51/19-22
Günel Səfərova
Bakı Biznes Universiteti
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0002-9507-0401
gunel83@yahoo.com
Alqı-satqıda lizinq əməliyyatlarının təkmilləşdirilməsi
Xülasə
Müasir iqtisadi şəraitdə lizinq əməliyyatları alqı-satqı münasibətlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Lizinq iqtisadi məzmununa görə, həm investisiya, həm də maliyyə vasitəçiliyi funksi-yalarını birləşdirən mühüm alət kimi çıxış edir. Məqalədə lizinq əməliyyatlarının mahiyyəti, inkişaf mərhələləri, Azərbaycan Respublikasında mövcud vəziyyət və bu sahənin təkmilləşdirilməsi isti-qamətləri elmi-nəzəri əsaslarla təhlil edilmişdir. Tədqiqat göstərir ki, ölkədə lizinq bazarının formalaşması prosesi hələ də institusional, hüquqi və maliyyə məhdudiyyətləri ilə üzləşir. Dövlət tərəfindən həyata keçirilən “Aqrolizinq” mexanizmi müsbət nəticələr versə də, bazar iştirakçılarının kapital resurslarına çıxışı məhduddur. Bu baxımdan, rəqəmsallaşma, hüquqi-normativ tənzimləmələrin beynəlxalq standartlara uyğunlaşdırılması və vergi güzəştlərinin genişləndirilməsi mühüm prioritet kimi dəyərləndirilir. Nəticələr göstərir ki, lizinq əməliyyatlarının təkmilləşdirilməsi real sektorun investisiya fəallığını artırır, iqtisadi artımı stimullaşdırır və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə şərait yaradır.
Açar sözlər: lizinq, alqı-satqı, investisiya, rəqəmsallaşma, iqtisadi inkişaf