https://doi.org/10.36719/2663-4619/112/162-166
Azər Əhmədov
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
magistrant
https://orcid.org/0009-0002-4100-393X
azerehmedov2002@gmail.com
Anhidrit tərkibli təbii çatlaqlı dolomit laylarında təkmilləşdirilmiş neft
hasilatı üçün aşağı duzluluqlu su vurmanın optimallaşdırılması
Xülasə
Təkmilləşdirilmiş neft hasilatı karbonat laylarında, xüsusilə də təbii çatlaqlı formasiyalarda özlülük təsiri səbəbindən çətinlik yaradır. Aşağı duzluluqlu su vurmanın perspektivli bir üsul olsa da, onun effektivliyi süxurun mineralogiyası, suyun duzluluğu və mürəkkəb kimyəvi qarşılıqlı təsirlərdən asılıdır. Bu səbəbdən, onun karbonat laylarında tətbiqi və əsas mexanizmləri tam aydınlaşdırılmamışdır. Bu tədqiqat gil tərkibsiz, anhidrit ehtiva edən dolomit çatlaqlı laylarında aşağı duzluluqlu su vurmanın effektivliyini eksperimental şəkildə qiymətləndirməyi hədəfləyir. 75°C temperaturda müxtəlif duzluluq səviyyələrində aparılan özlülük və məcburi hopma testləri optimal su duzluluğunu müəyyən etmək üçün həyata keçirilmişdir. Nəticələr göstərmişdir ki, duzluluğun azalması neft hasilatını artırır. Sahə miqyaslı tətbiqləri proqnozlaşdırmaq üçün təkmilləşdirilmiş ölçüsüz zaman korrelyasiyasından istifadə edilmişdir. Mexanizmləri daha dəqiq anlamaq üçün mineral həllolma, turşuluq dərəcəsinin artımı və süxurun islanma qabiliyyəti araşdırılmışdır. Əsasən, islanma qabiliyyətinin dəyişməsi hasilatın artmasına səbəb olmuş, mineral həllolma isə prosesi gücləndirmişdir. Bundan əlavə, pH səviyyəsinin artımı, aşağı duzluluqlu su ilə neft hasilatını daha da yaxşılaşdırmışdır.
Açar sözlər: özlülük hopması, pH artımı, təbii çatlaqlı dolomit kollektorları, aşağı duzluluq; mineral həllolma, səth gərginliyinin dəyişməsi