Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/120-124

İlhamə Babanlı

Bakı Dövlət Universiteti

https://orcid.org/0000-0002-5274-0356

ilhamababanlı@bsu.edu.az 

 

Antonim feillər

(“Kitabi-Dədə Qorqud”un dilində)

 

Xülasə

 

Bu məqalə “Kitabi-Dədə Qorqud” dilində istifadə olunan antonim feillərə həsr olunub. Məlum olduğu kimi, antonim feillər hər sahədə əks sistemləri əks etdirən lüğət vahidləridir. Onlar ədəbi dilin formalaşmasında, fikrin obrazlı ifadəsində mühüm rol oynayır, xüsusilə bədii və gündəlik üslubda geniş istifadə olunur. Antonimlərin müəyyən edilməsində çoxmənalı və mücərrəd sözlərin önəmli rolu vardır. Elə buna görə də bədii mətnlərdə konkret antonimlərlə yanaşı, mənaların ötürülməsi və ya çoxmənalılığın inkişafı nəticəsində yaranan kontekstual antonimlər də istifadə olunur.

Məqalədə qeyd olunur ki, bəzi alimlərin fikrincə, antonimlər, sinonimlər və omonimlər yalnız lüğət vahidləri deyil, həm də qrammatik, daha doğrusu, morfoloji və sintaktik xüsusiyyətlərlə sıx bağlıdır. Antonimlər iki qrupa ayrılır: məcburi və nisbətli. Kitabi-Dədə Qorqud dastanında həm məcburi və nisbətli, həm də fərqli struktural tipli antonimlərə rast gəlmək mümkündür.

Açar sözlər: antonim feillər, Kitabi-Dədə Qorqud, sinonimlər, omonimlər, leksik vahidlər

 


Baxış: 90