Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/145-148

Mətin Tağızadə

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0003-5839-1809

metintaghizade@gmail.com

 

Aqrar sahədə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsinin

beynəlxalq təcrübəsi və onun Azərbaycanda istifadə imkanları

 

Xülasə

 

Bu məqalədə aqrar sahədə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi məsələləri beynəlxalq təcrübə fonunda təhlil olunur. Aqrar sektor iqtisadiyyatın strateji sahələrindən biri olmaqla ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Kənd təsərrüfatının inkişafı yalnız ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də regionların inkişafı və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Aqrar sahədə sahibkarlığın inkişafı isə effektiv hüquqi tənzimləmə mexanizmlərinin mövcudluğu ilə sıx bağlıdır. Müasir dövrdə bir çox ölkələr aqrar sahibkarlığın inkişafını stimullaşdırmaq üçün müxtəlif hüquqi və institusional mexanizmlər tətbiq edir. Bu mexanizmlər torpaq münasibətlərinin tənzimlənməsi, dövlət subsidiyaları, vergi güzəştləri və aqrar kredit proqramları vasitəsilə həyata keçirilir. Məqalədə aqrar sahədə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə beynəlxalq təcrübə araşdırılmış və bu təcrübənin Azərbaycanda tətbiqi imkanları təhlil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, aqrar sahibkarlığın inkişafı üçün hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi və aqrar sahədə innovativ yanaşmaların tətbiqi sektorun davamlı inkişafına töhfə verə bilər.

Açar sözlər: aqrar sahə, xarici ölkələr, hüquqi tənzimləmə, sahibkarlıq, dövlət dəstəyi

 

 


Baxış: 8