Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/119/69-73

Elnarə Muradova

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0002-9955-0266

elnaramuradova@rambler.ru

 

Aqrosenozda alma meyvəyeyəninin (Laspeyresia pomonella L.)

populyasiyasının müasir vəziyyəti

 

Xülasə

 

Məqalədə 2023–2024-cü illərdə Quba ərazisində yerləşən fermer təsərrüfatlarında tədqiq edil­miş alma meyvəyeyəninin yayılması, bioekoloji xüsusiyyətləri və populyasiyanın ekoloji göstə­riciləri haqqında məlumat verilir. Zərərvericilərin müxtəlif nəsillərinin inkişafı dövründə marşrut üsullarla təsərrüfatlarda ağaclara baxılmış, yoluxma dərəcəsi müəyyənləşdirilmişdir. Meyvəyeyənin bioloji xüsusiyyətləri açıq sahə ilə yanaşı, xüsusi entomoloji bağçalarda (həmin mühitdə süni bağ­çalarda) bəslənilən fərdlər üzərində də dəqiqləşdirilmişdir.

Ağac gövdələrinə bağlanmış qurşaqlar (kəmərlər) vasitəsilə puplaşmanın başlanğıcı və sonu, puplaşma dinamikası və kütləvi puplaşma dövrü müəyyən edilmişdir.

Ayrı-ayrı nəsillərin inkişafında üst-üstə düşən tırtıl fazalarının başlama və sona çatma müd­dətləri tırtılların inkişaf dinamikası əsasında müəyyənləşdirilmişdir. Kəpənəklərin məhsuldarlığı, ayrı-ayrı inkişaf mərhələlərinin davametmə müddətləri entomologiyada qəbul olunmuş metodlar əsasında həyata keçirilmişdir.

Açar sözlər: kənd təsərrüfatı, zərərvericilər, alma meyvəyeyəni, pestisid, region


Baxış: 269