Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

 

Aqroturizmin kənd ərazilərinin inkişafına töhfəsi

 

Qəhrəman Yusupov1 , Elşən Məmmədov2* ,

Əli Cabbarov3 , Rəşad Səfərov2

 

Xülasə. Bu məqalədə aqroturizmin kəndin iqtisadi və sosial inkişafına təsirini əsaslı şəkildə təhlil etmək vəzifəsi qarşıya qoyulur. Tədqiqatın əsas məqsədi aqroturizmin regionların iqtisadi inkişafına, yerli əhalinin rifahına və ətraf mühitin mühafizəsinə necə təsir etdiyini müəyyən etməkdir. Eyni zamanda, aqroturizmin kütləvi turizmə görə üstünlükləri və davamlı inkişafa verdiyi töhfələr təhlil olunur. Tədqiqat sualları aqroturizmin yerli icmalar üçün iqtisadi və sosial baxımdan hansı faydalar gətirdiyini və bu istiqamətdə fəaliyyətin uzunmüddətli dövrdə nə dərəcədə davamlı olmasını müəyyən etməyə əsas yaradır. Tədqiqatın metodologiyası empirik yanaşmaya əsaslanır. Məlumat toplanması zamanı kəmiyyət və keyfiyyət üsulları tətbiq edilmişdir. Sorğu anketi vasitəsilə ümumilikdə 357 respondent arasında sorğu keçirilmişdir. Respondent seçimi təsadüfi və məqsədli üsulların kombinasiyası əsasında həyata keçirilmişdir. Yığılan məlumatlar deskriptiv statistik təhlil və müqayisəli təhlil metodları ilə analiz edilmişdir. Araşdırmanın nəticələri göstərir ki, aqroturizmin inkişafı kənd ərazilərində əlavə iş yerlərinin açılmasına, yerli istehsalın artmasına və sosial infrastrukturun inkişafına müsbət yöndə təsir edir. Ətraf mühitin mühafizəsinə diqqətin artdığı və yerli əhalinin mədəni dəyərlərinin aktiv formada təbliğ olunduğu müəyyən edilmişdir. Həmçinin nəticələr onu göstərir ki, aqroturizmin düzgün idarəçiliyi davamlı inkişafın prinsiplərinin tətbiqini asanlaşdırır. Tədqiqatın orijinallığı onunla bağlıdır ki, Azərbaycanda aqroturizmin inkişaf potensialı empirik məlumatlar əsasında qiymətləndirilir. Tədqiqatın nəticələri praktiki baxımdan turizm idarəçiləri, yerli özünüidarəetmə orqanları və sahibkarlıq subyektləri üçün zəruri tövsiyələr təqdim edir. Bu məqalə kənd ərazilərində turizmin inkişafının planlaşdırılması və idarə olunması ilə bağlı qərarvermə prosesinə töhfə verir.

Açar sözlər: aqroturizm, kənd turizmi, kənd təsərrüfatı, yerli əhali, davamlı inkişaf, ətraf mühit


Baxış: 4