Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/117/9-13

Sevinc Kərimova

Bakı Slavyan Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-5061-8968

sevinc.karimova.1985@mail.ru

 

Ara söz və ara cümlələrə kommunikativ və pradiqmatik yanaşma

 

Xülasə

 

Müasir tədqiqatçılar kommunikativ kateqoriyanın ən vacib ünsürlərindən olan modallıq kateqoriyasını ön plana çəkir və ara cümlələri (konstruksiyaları) onların ən başlıca ifadə imkanı kimi göstərirlər. Tədqiqatçıların bu sahəyə - sintaksisin kommunikativ aspektdən öyrənilməsinə marağı müasir dildə ekstralinqvistik faktorlara önəm verməklə əlaqələndirirlər.

Bu istiqamət bir sıra dilçilik sahələrində olduğu kimi modallıq məsələsində də aktuallıq kəsb etməyə başlamışdır. Söz və cümlələrin funksional imkanları ilk baxışdan məhdud görünsə də, funksional üslubi xüsusiyyətləri olduqca genişdir. “Bunlar öz funksiyasına görə fərqlənərək iki növə ayrılır: a) ara konstruksiyalar; b) əlavə konstruksiylar”. Onların xüsusiyyətləri genişlənmiş cümlənin sintaqmatik cəhətdən digər komponentləri ilə bərabər öyrənilir, müqayisə edilərək qarşılaşdırılır. Bunların içərisində xitablarla, nidalarla yanaşı qoşulma konstruksiyalara çox rast gəlinir. Qoşulma konstruksiyaların öyrənilməsi həm də mürəkkəb cümlələrin təsnifi üçün də əhəmiyyətlidir.

Belə ki, qoşulma əlaqəli tabesiz mürəkkəb cümlə, qoşulma budaq cümləsinin tədrisi zamanı əksər hallarda qoşulma konstruksiyalar vurğulanır, onları fərqləndirməyin üsulları qeyd olunur. Ara  sözlər, cümlələr, ara konstruksiyalar, qoşulma konstruksiyaları, xitablar bir sıra xüsusiyyətlərinə görə bir-birinə çox bənzəyən, yaxud da sinonim ifadələr olan, bəziləri isə tamamilə fərqlənən bu vahidləri birləşdirən cəhət aid olduğu cümlə mühitində sintaktik cəhətdən əlaqələnməməklərinə baxmayaraq, məna formal baxımından cümlədə olub sintaktik baxımından cümlədən kənar olur, daxili mənanın ifadəsində iştirak edə bilməyir, amma daxili mənaya kənardan münasibət bildirir, məna çaları yaradır.

Açar sözlər: ara söz, ara cümlə, kommunikativ kateqoriya, modallıq kateqoriyası, qoşulma konstruksiyası

 


Baxış: 314