Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Asiya ölkələri ilə Azərbaycan SSR arasında elmi əlaqələr

 

Günel Yusifova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. XX əsrin 70-80-ci illəri SSRİ üçün beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması və hələ inkişaf etməkdə olan ölkələr ilə əlaqələri daha da inkişaf etdirmək baxımından olduqca vacib dövr idi. SSRİ-nin apardığı siyasətdə elmi əməkdaşlıqların qurulması, təhsilin inkişaf etdirilməsi vacib məsələlərdən biri idi. Azərbaycan SSR Sovet hökumətinin xarici ölkələrlə mədəni əlaqələrinin inkişaf etdirilməsində mərkəz yerini tuturdu. Bu əlaqələr totalitar rejimin mövcud olduğu bir dövrdə çox ciddi nəzarət altında baş verirdi. XX əsrin 70-80-ci illərində Azərbaycan SSR-in rəhbərliyinin Heydər Əliyevə tapşırılması, onun yürütdüyü uzaqgörən dövlət siyasəti Asiya ölkələri ilə Azərbaycanın beynəlxalq əlaqələrində yeni mərhələyə qədəm qoyması ilə yekunlaşdı. Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan təhsil ocaqlarının, elmi institutlarının dünyanın bir sıra mühüm mərkəzləri ilə əlaqələri yaranıb, inkişaf edirdi. Azərbaycanda mövcud olan təhsil ocaqları və Azərbaycan Elmlər Akademiyası vasitəsilə Hindistan, İran, Əfqanıstan, Pakistandan olan tələbələrin hazırlanması, elmi konfransların təşkili və beynəlxalq təcrübə mübadiləsi həyata keçirilmişdir. Təqdim olunan məqalədə adları sadalanan Asiya ölkələri ilə Azərbaycan SSR arasında elm, təhsil istiqamətində qurulan əlaqələrin əsas istiqamətləri araşdırılaraq mühüm nəticələr əldə etmək qarşıya qoyulan əsas məqsədlərdən biridir.

 

Açar sözlər: Azərbaycan SSR, elmi əlaqələr, təhsil, Asiya ölkələri, tələbə mübadiləsi, İran

 


Baxış: 1