DOI: https://doi.org/10.36719/2663-4619/114/256-262
Aysel Həmzəyeva
Gəncə Dövlət Universiteti
fizika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-3219-6776
ayselhemzeyeva15@gmail.com
ASPE+xhəcm%Bi2Te3 kompozitlərin optik sabitlərinin hesablanması
Xülasə
Məqalədə aşağı sıxlıqlı polietilenə Bi₂Te₃ birləşməsindən əlavələr etməklə alınmış kompozitlərdə optik sabitlərin tədqiqi barədə məlumatlar verilmişdir. Tədqiqatda kompozit materialların sındırma əmsalının həqiqi (n) və xəyali (k) hissələri, udma (α) və qayıtma (R) əmsalları, elektrik enerji itkiləri, optik elektrik keçiriciliklərinin həqiqi və xəyali hissələrinin tezlikdən asılılığının nəzəri üsulla nəticələri hesablanmışdır. Alınan nəticələr göstərir ki, Bi₂Te₃ doldurucusunun konsentrasiyası artdıqca kompozit materialların dielektrik nüfuzluğunun həqiqi və xəyali hissələrinə əsasən hesablanmış optik sabitlər müəyyən dəyişikliklərə məruz qalır. Çox ehtimal ki, bu Bi₂Te₃ doldurucusunun həcm payının artması ilə kompozitin səthində onlara düşən payı, yəni onların yaratdıqları klasterlərin artmasının nəticəsi kimi izah oluna bilər. Kompozit materialların optik sabitlərinin düzgün hesablanması, bu materialların daha səmərəli şəkildə istifadə olunmasını təmin edir və onların optik texnologiyalarda fotonika, optik kabellər, lazer sistemləri və günəş enerjisi tətbiqlərində effektivliyini artırır.
Açar sözlər: aşağı sıxlıqlı polietilen, Bi₂Te₃, kompozit materiallar, optik sabitlər