Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/57/86-91

Cənanə Eminova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0003-1403-1580
cenaneasgerova11@mail.ru

Sevinc Mahmudova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0001-7690-7184
sevinc.020ss@gmail.com

Ayşən Abbasəlizadə
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0004-4087-4826
abbasalizadea@gmail.com

Könül Əliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0009-0003-4457-9819
konulaliyevauni@mail.ru

Bağdagül Məmmədova
Azərbaycan Dövlət Aqrar Universiteti
https://orcid.org/0000-0003-4267-6781
bagdagul.mustafaeva7111@gmail.com

 

Auditoriyadankənar tədbirlərdə tələbə şəxsiyyətinin

formalaşdırılması işinin ümumpedaqoji prinsipləri

 

Xülasə

 

Məqalə ali məktəblərin auditoriyadankənar tədbirlərdə tələbə şəxsiyyətinin formalaşdırılması işinin ümumpedaqoji prinsipləri probleminə həsr olunmuşdur. Məqalədə auditoriyadankənar tədbirlərdə tələbə şəxsiyyətinin formalaşdırılması prosesində ümumpedaqoji prinsiplərə istinad edilməyin yolları göstərilir. Məqalədə həm də auditoriyadankənar tədbirlərdə tələbə şəxsiyyətinin formalaşdırılması ilə bağlı nəzəri müddəalarla yanaşı, praktik nümunələrdən də istifadə olunmuşdur.

Təsadüfi deyil ki, “Azərbaycanda təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda şəxsiyyətyönümlü təhsilin yeni məzmununun yaradılması mühüm aktuallıq kəsb edən vəzifələrdən biri kimi qarşıda durur. Bu aktual vəzifələrin müvəffəqiyyətlə icra edilməsindən ötrü ali məktəblərdə auditoriya təlimi prosesi ilə yanaşı, auditoriyadankənar tədbirlərdə də tələbələrin ideya-siyasi tərbiyəsinin formalaşdırılması öz aktuallığı ilə diqqəti cəlb edir.

Ali məktəblərin auditoriyadankənar tədbirlərində ideya-siyasi tərbiyə vasitəsi ilə tələbə şəxsiyyətinə hörmət və tələbkarlıq göstərilməsi onların həyata hazırlanmasını yüksək səviyyədə təmin etmək olar.

Tələbələrin ideya-siyasi tərbiyəsinin istənilən səviyyədə formalaşdırılmasından ötrü bu sahədə zəhmətləri olan tələbə heyətinin hər bir üzvünə psixoloji cəhətdən düzgün yanaşılması haqqında danışılan problemin müvəffəqiyyətli həllinə nail olmaq üçün çox vacibdir. Məhz belə olan təqdirdə tələbə şəxsiyyətinin formalaşdırılması işini asanlıqla həyata keçirmək olar.

Açar sözlər: auditoriyadankənar tədbirlər, ali təhsil müəssisələri, tələbə şəxsiyyəti, şəxsiyyətin formalaşdırılması, tələbə şəxsiyyəti, ümumpedaqoji prinsiplər, etnopedaqoji materiallar

 

 


Baxış: 1