Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOIhttps://doi.org/10.36719/2789-6919/46/103-108

Zəkiyyə Hüseynova

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyası

magistrant

https://orcid.org/0009-0002-1928-0869  

zakiyyahuseynova551@gmail.com

 

Azadlıq hüququ: konstitusiya və hüquqi aspektlər

 

Xülasə

 

Məqalədə demokratik dövlət institutunun əsaslarından biri olan azadlıq hüququnun hüquqi təbiəti və onun həyata keçirilməsi çərçivələri araşdırılır. Tədqiqatın məqsədi bu hüququn fəlsəfi əsasları, beynəlxalq hüquq normaları, konstitusiya təminatları və onun məhdudlaşdırılmasının hüquqi şərtlərini təhlil etməkdir. Elmi yenilik ondan ibarətdir ki, azadlıq hüququ ilk dəfə olaraq dinamik kateqoriya kimi – həm neqativ, həm də pozitiv aspektləri ilə birlikdə – kompleks şəkildə öyrənilir. Xüsusi diqqət ifadə azadlığı, hərəkət azadlığı, vicdan və toplaşma azadlığına, habelə azadlığın ictimai təhlükəsizliklə uzlaşdırılması və ondan könüllü imtinanın mümkünlüyünə yönəldilmişdir. Elmi nəticə: müasir hüquq sistemlərində azadlıq hüququ mütləq kimi deyil, fərdi muxtariyyətlə ictimai maraqlar arasında balans formasında həyata keçirilən dəyər kimi dərk olunur. Hüququn məhdudlaşdırılması üçün üç əsas meyar müəyyən edilmişdir: qanunauyğunluq, zərurət və proporsionallıq. Tətbiqi əhəmiyyət: məqalənin nəticələri qanunvericiliyin hazırlan­masında, məhkəmə təcrübəsində, insan hüquqları üzrə mexanizmlərin təhlilində və konstitusiya və beynəlxalq hüquq fənlərinin tədrisində tətbiq oluna bilər.

Açar sözlər: hüquq, konstitusiya, şəxsiyyət, azadlıq, beynəlxalq hüquq


Baxış: 34