Azərbaycan cəmiyyətində rəqəmsal transformasiyanın sosioloji analizi: Süni intellekt, struktur dəyişmələr, sosial bərabərsizlik
Elizə İsmayılova
Xülasə. Müasir dünyada ən çox müzakirə olunan texnoloji yeniliklərdən biri süni intellekt, həyatın hər sahəsində effektivliyini hər gün artırır. Araşdırmalar və statistika göstərir ki, süni intellektin sosial həyata təsiri daim artır və sosial həyata müxtəlif yollarla təsir göstərir. Buna görə də, süni intellekt sosial elmlərin, eləcə də proqram təminatı və kompüter elmlərinin maraq dairəsindədir. Rəqəmsal dəyişim və süni intellekt üzrə sosioloji tədqiqatlar həm keyfiyyət, həm də kəmiyyət baxımından artır. Bu tədqiqatın məqsədi rəqəmsal transformasiyanın Azərbaycan cəmiyyətində sosial strukturlara, institusional münasibətlərə və fərdi aktorların davranış modellərinə təsirini sosioloji müstəvidə təhlil etməkdir. Məqalədə şəbəkə cəmiyyəti, informasiya cəmiyyəti və rəqəmsal bərabərsizlik nəzəriyyələri əsasında analitik çərçivə qurulmuş, empirik tədqiqat dizaynı təklif edilmişdir. Araşdırma göstərir ki, Azərbaycanda rəqəmsal transformasiya əsasən dövlət mərkəzli institusional mexanizmlər üzərindən reallaşır və bu proses yeni sosial təbəqələşmə formalarının yaranmasına səbəb ola bilər.
Açar sözlər: rəqəmsal transformasiya, rəqəmsal bərabərsizlik, sosial təbəqələşmə, süni intellekt