Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/54-60

Gülnar İsmayılova

                                                DİN Daxili Qoşunların Hərbi İnstitutu

                                             https://orcid.org/0009-0004-0045-961X        gulnarqebleyeva@gmail.com

 

Azərbaycan dilində elmi məqalələrin yazılması və

təqdimatında qarşıya çıxan problemlər

 

Xülasə

 

Akademik savadlılıq müasir universitetlərin elmi fəaliyyətində əsas komponent hesab olunur və akademik kommunikativ səriştəliliyin formalaşmasında mühüm rol oynayır. Bu səriştəlilik mətnlərin hazırlanması, elmi məqalələrin beynəlxalq standartlara uyğun yazılması və metadiskurs anlayışının öyrənilməsi ilə əldə edilir. Metadiskurs müəllifin oxucu ilə qarşılıqlı əlaqəsini təmin edən dil vasitələrini əhatə edir və interaktiv və interaksional ölçülərə malikdir. İnteraktiv metadiskurs mətnin strukturunu, informasiya axınını və oxucuyönümlü naviqasiyanı təşkil edərkən, interaksional metadiskurs müəllifin mövqeyini ifadə edir və oxucu ilə dialoqu gücləndirir. Müasir dövrdə informasiya bolluğu şəraitində interaktiv metadiskursun sistemli şəkildə araşdırılması xüsusilə vacibdir.

Azərbaycan dilində elmi məqalələrin yazılmasında əsas problemlər mövzu seçimi, dil və struktur, elmi üslubun qorunması, nəticələrin təqdimatı və təkrarçılıqla bağlıdır. Məqalələr tədqiqatın məqsəd və metodologiyasını, əldə edilmiş nəticələri və tövsiyələri aydın və məntiqli şəkildə əks etdirməli, abstrakt, giriş, əsas hissə, nəticə və istifadə edilmiş ədəbiyyatdan ibarət struktur təmin etməlidir. Abstrakt oxucuda ilkin maraq yaratmalı və tədqiqatın əsas məzmununu qısa şəkildə təqdim etməlidir. Elmi məqalələrin beynəlxalq nəşrlərdə qəbul olunması müəlliflərin təcrübəsinə, yazı bacarıqlarına və dünya standartlarına uyğun hazırlanmasına bağlıdır. Bu həm gənc alimlərin professional inkişafına, həm də ölkəmizin elmi imicinə mühüm təsir göstərir.

Açar sözlər: elm, məqalə, təqdimat, dil, kommunikasiya

 

 


Baxış: 20