Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/16-19

Çinarə Qəhrəmanova

Azərbaycan Dövlət İqtisad Universiteti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-5928-9019

chinara83@gmail.com

 

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya sahəsində problemlər və onların həlli yolları

 

Xülasə

 

Məqalədə Azərbaycan dilində akademik və işgüzar kommunikasiya sahəsində mövcud olan əsas problemlər və onların aradan qaldırılması yolları təhlil olunur. Terminoloji qeyri-dəqiqlik, yazı mədəniyyətinin zəifliyi, rəsmi yazışmalarda üslub pozuntuları və istinad mədəniyyətinin olmaması bu sahədəki əsas çatışmazlıqlardandır. Həmçinin, elektron kommunikasiya etikası, tərcümə asılılığı və normativ baza ilə bağlı çətinliklər də diqqətə çatdırılır. Müəllif bu problemlərin həlli üçün terminoloji sistemin yenilənməsi, peşəkar yazı bacarıqlarının tədrisi, açıq milli korpusların yaradılması və süni intellekt dəstəyi ilə alətlərin tətbiqini təklif edir.

Açar sözlər: işgüzar kommunikasiya, akademik yazı, Azərbaycan dili, dil problemləri, istinad mədəniyyəti

 


Baxış: 21