https://doi.org/10.36719/2706-6185/44/308-315
Səadət Mənəfova
Azərbaycan Respublikası Təhsil İnstitutunun
Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzi
https//orcid.org/0009-0001-3664-9309
Azərbaycan dilinin inkişafında və qorunmasında dahi şəxsiyyət
Heydər Əliyev və onun layiqli davamçısı, tarixə adı qızıl hərflərlə
yazılmış sərkərdə İlham Əliyevin rolu
Xülasə
Məqalədə Azərbaycan dilinin tarix boyu keçdiyi inkişaf yolundan, qorunub saxlanılmasından, dahi şəxsiyyət, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyev və onun layiqli davamçısı, tariximizə adı qızıl hərflərlə yazılmış Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafında, formalaşmasında xüsusi rolu, dəst-xətti olmasından bəhs olunur.
Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan dilinin inkişafında, əhəmiyyətli rolu olması, dilimizin inkişaf mərhələləri, əlifbamızın yüz il ərzində bir neçə dəfə dəyişilməyə məruz qalmasından söhbət gedir.
Azərbaycan dilinin inkişafında xalqımızın dahi evladlarının rolu, tanınmış ədiblərin Azərbaycan dili haqqında dedikləri, onların əsərlərindən nümunələr göstərilmişdir: B. Vahabzadə, M. Hadi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, M. Şəhriyar və s.
Daha sonra, Azərbaycan əlifbasının dəyişdirilməsi, ana dilimizin rəsmən dövlət dili olması haqqında qərarların qəbul edilməsi, ölkəmizdə Azərbaycan dili və Əlifbası günü qeyd olunması haqqında qərar verilməsi və bu qərarın Azərbaycan Respublikası Konstitusiyasında öz təsdiqini tapması, Azərbaycanın işğal altında olan torpaqlarından, otuz illik düşmən işğalından torpaqların qurtarılması, xalqımızın tolerant xalq olması haqqında məlumatlar əks etdirilmişdir.
Açar sözlər: Azərbaycan dili, dilçilik, türk dili, tarix, fəlsəfə, filosof, şair, şairlər, əsər, poema, şeir, prezident, Azərbaycan Respublikasının siyasəti, siyasət, İlham Əliyev, Heydər Əliyev