DOI: https://doi.org/10.36719/2663-4619/114/157-160
Ülviyyə Allahverdiyeva
Xəzər rayonu Buzovna qəsəbəsi 26 saylı məktəb
https://orcid.org/0009-0005-5263-7892
hacadag45@gmail.com
Azərbaycan dilinin rəqəmsal mühitdə inkişaf perspektivləri
Xülasə
Müasir dövrdə rəqəmsallaşma prosesləri bütün sahələri əhatə etdiyi kimi, dilin inkişafına da ciddi təsir göstərir. Azərbaycan dilinin rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsi və onun müasir texnologiyalarla uyğunlaşdırılması vacib məsələlərdən biridir. Bu istiqamətdə bir sıra əsas sahələr üzrə inkişaf perspektivləri mövcuddur.
Azərbaycan dilinin rəqəmsal lüğətlərdə, elektron korpuslarda və müxtəlif mətn emalı texnologiyalarında yer alması dilin qorunması və inkişafı üçün əhəmiyyətlidir. Avtomatik mətn emalı, maşın tərcüməsi və süni intellekt əsaslı dil modelləri yaradılmadan, dilin rəqəmsal mühitdə effektiv istifadəsi çətinləşir. Buna görə də, milli dil resurslarının artırılması və mövcud sistemlərə inteqrasiya olunması önəmlidir.
Açar sözlər: rəqəmsallaşma, təkmilləşdirmə, süni intellekt, dilin qorunması, dil resursları