Azərbaycan florasında Astragalus növlərinin (Fabaceae Lindl.) taksonomik təhlili
Daşqın Qənbərov1*
, Yeganə Aslanova2
, Safura Babayeva3
,
Habib Hüseynov3
, Namiq Abbasov3
Xülasə. Məqalədə Azərbaycan florasında Astragalus (Fabaceae Lindl.) cinsinə aid növlərin taksonomik tərkibi haqqında məlumat verilmişdir. Ədəbiyyat məlumatlarına və şəxsi çöl tədqiqatlarına əsasən tərəfimizdən ilk dəfə olaraq Azərbaycan florasında Astragalus və Cercidothrix yarımcinslərinə aid 143 növünə rast gəlinir. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Astragalus yarımcinsi 27 seksiya üzrə 80, Cercidothrix yarımcinsi isə 12 seksiya üzrə 63 növlə təmsil olunur. Həmçinin, ilk dəfə olaraq tərəfimizdən Astragalus və Cercidothrix yarımcinslərinə daxil olan növlərin seksiyalar üzrə paylanması tədqiq olunmuşdur. Məlum olmuşdur ki, Incani – 17, Onobrychoidei – 10, Malacothrix – 10, Caprini – 9, Rhacophorus – 8, Dissitiflori – 6, Ornithopodium – 5, Hypoglottidei – 5, Adiaspastus – 5, Hololeuce – 4, Alopecuroidei – 4, Aegacantha – 4, bir sıra seksiyalar isə 1–3 növlə təmsil olunur. Botaniki-coğrafi rayonların təhlili əsasında müəyyən edilmişdir ki, Astragalus cinsinə aid növlərin 84-ü Naxçıvan Muxtar Respublikası ərazisində, 56-ı Böyük Qafqaz, 45-i Kiçik Qafqaz, 31-i Lənkəran bölgəsində, 15-i isə Kür-Araz ovalığında yayılmışdır. Həmçinin, məqalədə hər bir botaniki-coğrafi rayon üçün xarakterik növlər qeyd olunmuşdur.
Açar sözlər: taksonomik təhlil, yarımcins, Astragalus, Cercidothrix, xarakterik növlər