Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/127/201-212

Çinarə Rzayeva

Azərbaycan Milli Elmlər Akademiyası

Naxçıvan Bölməsi

Naxçıvan, Azərbaycan

filologiya üzrə fəlsəfə doktoru

cinarerzayeva@yahoo.com.tr

 

Azərbaycan folklorunda qadın baş örtüyünün etno-mədəni və

funksional xüsusiyyətləri

 

Xülasə

 

Bu məqalədə Azərbaycan geyim adları, yaylıq, örpək, şal, kəlağayı – etnik kimliyin formalaşması və mədəni dəyərlərin qorunması kontekstində sistemli şəkildə araşdırılır. Tədqiqatın əsas məqsədi geyim terminlərinin Azərbaycan xalqının kollektiv kimliyində və mədəni yaddaşında tutduğu yeri müəyyənləşdirməkdir. Araşdırmada folklor nümunələri, dastanlar, nağıllar, bayatılar və mərasim mətnləri,  xalqın tarixi yaddaşını, sosial münasibətlər sistemini və mədəni dünyagörüşünü əks etdirən əsas mənbələr kimi götürülmüşdür. Məqalədə geyim adları yalnız maddi mədəniyyət nümunələri kimi deyil, eyni zamanda sosial statusun, cinsiyyət fərqlərinin, yaş kateqoriyalarının, regional xüsusiyyətlərin və estetik zövqün ifadəçisi olan simvolik göstəricilər kimi təhlil olunur. Folklor mətnlərində yaylıq, örpək kimi geyim elementlərinin qoruyucu, ayırdedici və tənzimləyici funksiyalar daşıdığı müəyyənləşdirilir. Araşdırma nəticələri göstərir ki, bu geyim adları folklor mətnlərində milli və etnik kimliyin əsas göstəricilərindən biri kimi çıxış edir və kollektiv kimliyin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Geyim terminlərinin istifadəsi vasitəsilə cəmiyyətin dəyərlər sistemi, etik normaları və sosial davranış modelləri kodlaşdırılaraq qorunur. Məqalədə həmçinin geyim adlarının dilçilik və etnoqrafik aspektləri nəzərdən keçirilir, onların semantik xüsusiyyətləri və funksional yükləri təhlil edilir. Bu kontekstdə geyim terminlərinin mədəni yaddaşın qorunması və etnik kimliyin davamlılığının təmin olunmasındakı rolu xüsusi olaraq vurğulanır. Nəticə etibarilə, folklor mətnlərində işlənən geyim adlarının Azərbaycan xalqının etnik kimliyinin və mədəni irsinin ayrılmaz tərkib hissəsi olduğu qənaətinə gəlinir. Bu məqalədə Azərbaycan cəmiyyətində yaylığın etnik-mədəni kimliyin formalaşmasındakı rolu empirik metodlar əsasında araşdırılmışdır. Tədqiqat müşahidə, sorğu və statistik analiz üsullarından istifadə etməklə aparılmışdır. Tədqiqatın empirik hissəsində şəhər və kənd mühitində aparılan sorğuların (n=133) nəticələri əsasında geyim elementlərinin müasir dövrdəki simvolik funksiyaları təsnif edilir.

Açar sözlər: Azərbaycan, Naxçıvan, qadın statusu, mədəni yaddaş, mədəni dəyərlər, baş örtüyü


Baxış: 171