Sədaqət Əhmədova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan, Azərbaycan
iqtisad üzrə fəlsəfə doktoru
sedaqetehmedova@ndu.edu.az
Rahibə Əbdülhəsənova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan, Azərbaycan
doktorant
ebdulhesenovarahibe@ndu.edu.az
Tural Əbdülhəsənov
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı, Azərbaycan
iqtisad üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0003-8702-7766
tural.abdulhasanov@unec.edu.az
Nüşabə Nuriyeva
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Bakı, Azərbaycan
iqtisad üzrə fəlsəfə doktoru
nushaba.nurieva@mail.ru
Vəsilə Möhsümova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan, Azərbaycan
Fəlsəfə üzrə fəlsəfə doktoru
mohsumovavesile@ndu.edu.az
Azərbaycan iqtisadiyyatında ekoloji dayanıqlılığın təminində
investisiya prioritetlərinin rolu
Xülasə
Bu məqalə, Azərbaycanın iqtisadiyyatında ekoloji dayanıqlılığın təmin edilməsi məqsədilə investisiya prioritetlərinin müəyyənləşdirilməsi və yaşıl iqtisadiyyatın inkişafına yönəlmiş addımları təhlil edir. Son illərdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, ekoloji texnologiyaların tətbiqi və bərpa olunan enerji sahəsinə qoyulan sərmayələr, ölkənin enerji müstəqilliyini artırmaqla yanaşı, ətraf mühitin qorunmasına və sosial rifahın yüksəlməsinə xidmət edir. Azərbaycanın alternativ enerji mənbələrinə olan marağının artması, xüsusilə günəş və külək enerjisi sahələrində həyata keçirilən layihələr, yaşıl iqtisadiyyata keçidi sürətləndirmək və ölkənin ekoloji dayanıqlılığını təmin etmək üçün əhəmiyyətli bir addım olmuşdur. Bu məqalədə, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi məqsədilə nəzərdə tutulan investisiya sahələri və bu sahələrdə həyata keçirilən islahatlar müzakirə olunur.
Azərbaycanın kənd təsərrüfatı və su idarəçiliyi sahələrindəki ekoloji islahatlar da diqqət mərkəzindədir. Bu sahələrdə həyata keçirilən islahatlar, təbii sərvətlərin səmərəli istifadəsini təmin edərək iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyir. Ekoloji texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılması, ölkənin iqtisadiyyatını dayanıqlı etmək üçün vacib addımlar kimi qiymətləndirilir. Bu məqalə, həmçinin Azərbaycanın yaşıl iqtisadiyyata keçidini dəstəkləyən beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayır. Xarici investorlara daha cəlbedici mühit yaradılması, yaşıl iqtisadiyyatın inkişafını sürətləndirəcək və Azərbaycanın ekoloji dayanıqlı gələcəyinə töhfə verəcəkdir.
Məqalə, yaşıl iqtisadiyyata keçidin və ekoloji dayanıqlılığın təmin edilməsi üçün vacib olan strateji yanaşmalar və tövsiyyələr təqdim edir, həmçinin bu sahədə gələcək perspektivləri müzakirə edir.
Açar sözlər: yaşıl iqtisadiyyat, ekoloji dayanıqlılıq, investisiya prioritetləri, alternativ enerji, bərpa olunan enerji, ekoloji texnologiyalar, sosial məsuliyyət, iqtisadi diversifikasiya