Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/47-51

Rəna Cəfərova

Naxçıvan Dövlət Universiteti

https://orcid.org/0009-0001-0467-6396

redjafarova.f@gmail.com

 

Azərbaycan milli caz sənətinin səciyyəvi cəhətləri

 

Xülasə

 

Caz özündə rəngli ifa üsulları, janr, forma, üslub xüsusiyyətləri ehtiva edən maraqlı yaradıcılıq sahəsidir. XIX əsrin sonlarına doğru Amerikaya işçi qüvvəsi olaraq Afrikadan gətirilmiş zənci əhalinin folklor nümunələri əsasında yaranan caz sənəti qısa zamanda ilk əvvəl Amerika, daha sonra isə Avropada yeni istiqamətin formalaşdığından xəbər verirdi. Təqdim olunan məqalədə bu, xüsusi diqqətə çəkilərək caz sənətinin təşəkkülü, formalaşması, inkişafı istiqamətində faktlara müraciət olunur. Qısa zamanda caz sənətinin musiqi mədəniyyətinin əsas tərkib hissəsinə çevrilməsinin əhəmiyyəti vurğulanır.

Azərbaycan xalq musiqisi, milli muğamlar özünəməxsus improvizasiya imkanlarına malik olub, əhəmiyyətli forma, janr xüsusiyyəti daşıyır. Muğamlarda improvizasiya imkanlarının genişliyi xalq təfəkkürünün fəlsəfi məhsulu olan bu sənət incilərinin daha böyük əhatədə istifadə yollarını üzə çıxarır. Caz sənəti də birmənalı olaraq improvizasiyaya əsaslandığından Azərbaycan muğamları ilə Afro-Amerikan mənşəli caz sənətinin qovuşması nəticəsində yeni üslub, janr cəhətləri meydana gəlir ki, ilk əvvəl T.Quliyev kimi sənətkarların caz kompozisiyalarında özünü hiss etdirən bu amil dahi V.Mustafazadənin yaradıcılığında təkamülə uğrayaraq, caz-muğam kompozisiyalarını meydana gətirdi. Bu, Azərbaycan cazını digər başqa xalqların caz sənətindən kəskin fəqləndirərək, onun milli mahiyyətini, mənsubluğunu meydana çıxardı. Məqalədə bu cəhət xüsusi olaraq nəzərdən keçirilir, milli məqamların improvizasiya imkanlarının tətbiqi nəticəsində yeni caz-muğam istiqamətinin əhəmiyyətinə diqqət verilir. Azərbaycan caz ustalarının muğam improvizasiyalı kompozisiyalarından nümunələr çəkilir.

Azərbaycan bəstəkarlarının istənilən janrda əsərləri milli lad-məqam əsaslı olub, xalq musiqisi ilə klassik Avropa musiqisi ənənələrini orijinal şəkildə bir-birinə qovuşdurur. İstənilən, xüsusilə vokal əsərlərin milli zəmini onların müəyyən məqama əsaslanması ilə izah olunur. Məqalədə caz-muğam janrının bu baxımdan əhəmiyyətinə diqqət çəkilir. Belə kompozisiyaların sadəcə zəmini deyil, əsaslandığı məqamlar üzərində improvizasiya etmək nəticəsində orijinal yaradıcılıq nailiyyətlərinin əldə olunduğu vurğulanır.

Bəstəkar yaradıcılığında caz elementlərinin təzahürünün də qeyd olunduğu məqalədə bu istiqamətdən çıxış edilərək klassik janr və formalarda əhəmiyyətli əsərlərin meydana gəlmək perspektivliyi qeyd edilir.

Açar sözlər: musiqi, milli, muğam, caz, improvizasiya, bəstəkar, janr


Baxış: 70