Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/50/9-13

 

Həcər Hüseynova
Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0000-0002-3223-427X

hacerhuseynova@mail.ru

 

Azərbaycan milli mətbuatının formalaşması tarixi və “Əkinçi” qəzeti

 

Xülasə

 

Ölkəmizdə milli mətbuat 1875-ci ildə yarandı. İlk mətbu orqanımız ədəbiyyat sahəsində böyük xidmətləri olan Həsən bəy Zərdabi tərəfindən yaradıldı. Qəzetin “Əkinçi” adlandırılması özü də senzuradan keçirilməsi məqsədi daşıyırdı. Çünki imperiya müsəlman bir ölkədə ictimai-siyasi məqsədlə bir qəzetin yaradılmasına, insanların maariflənməsinə, haqqını tələb etməsinə yol verməzdi. Məlumdur ki, həmin dövrdə – on doqquzuncu əsrdə müəyyən qədər maarifçilik inkişaf etməyə başlamışdı. İlk məktəblərdə ana dilinin tədrisi həyata keçirildi. Bu sahədə M.F.Axundzadənin, S.Ə.Şirvaninin xidmətləri daha çox idi.

S.Ünsizadənin məktəbində şəriətlə, islam tarixinin tədrisi ilə bərabər, dünyəvi elmlərin tədrisi də həyata keçirildi. Bu cür yeni tipli məktəblərin həyata keçirilməsində H.Zərdabi, N.Vəzirov, S.M.Qənizadənin çox böyük zəhməti olmuşdu. Bu və digər maarifpərvər ziyalılar Azərbaycan xalqının, fəhlə və kəndlilərin savadlanması məqsədilə bir mətbuat nümunəsi yaratmağı qərara alırlar. Çünki xalqın savadlanması, haqlarını başa düşməsi üçün ana dilində belə bir qəzetə ehtiyac vardı. Həmin ilk anadilli mətbuat “Əkinçi” oldu.

Açar sözlər: mətbuat, nəşr, qəzet, maarifçilik, “Əkinçi”

 

 


Baxış: 56