Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/41/18-21

İsmayıl Mürsəlov

Naxçıvan Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0003-1879-8583

ismaylmurselov355@gmail.com

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq çalğı alətləri ifaçıları

 

Xülasə

XX əsrdə Azərbaycanda müasir musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Hacıbəylinin musiqi yaradıcılığının, ifaçılığının, musiqi təhsilinin və elminin inkişafında, xalq çalğı alətlərində not sisteminin tətbiqi və orkestrin yaradılmasında böyük rolu olmuşdur. Onun Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş məqalələrində musiqinin bütün sahələri ilə yanaşı, xalq çalğı alətlərini xarakterizə etməsi əlamətdardır. Ü.Hacıbəylinin “Azərbaycan musiqi həyatına bir nəzər”, “Şərq musiqisi və Qərb musiqi aləti”, “Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri”, “Azərbaycanda musiqi tərəqqisi” (Bakı, 1965) və digər məqalələrində Azərbaycanda mövcud xalq çalğı alətləri haqqında dəyərli fikirlər söylənilmişdir.

Ü.Hacıbəylinin musiqi mədəniyyətinin inkişafında böyük rolu olmuşdur. Bilavasitə musiqi təhsili sisteminin yaradılması, eləcə də xalq çalğı alətləri orkestrinin və digər musiqi kollektivlərinin təşkili Ü.Hacıbəylinin bu sahədəki fəaliyyətinin bəhrə­si olmuşdur. Ü.Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlarda onun bu sahədəki fəaliyyəti və  musiqi mədəniyyəti ilə əlaqəsi işıqlandırılmışdır.

Azərbaycan xalq çalğı alətlərinin öyrənilməsi bir sıra musiqişünas-alimlərin elmi tədqiqatların­da öz əksini tapmışdır.

Musiqişünas-alim Səadət Abdullayevanın xalq çalğı alətlərinə həsr olunmuş tədqiqatlarında qədim və orta əsrlər dövründə Azərbaycan ərazisində, xalq çalğı alətlərinin inkişafı və xalq rəqslərinin ifaçılığı ilə bağlı məlumatlar, eləcə də instrumental musiqi nümunələrinin müxtəlif alətlərin ifasında not yazıları diqqəti cəlb edir:

Əlbəttə ki, xalq musiqi ifaçılığında bu gün də şifahi ənənələr qorunub saxlanmışdır, bununla paralel olaraq, not üzrə tədris geniş vüsət almışdır və əsasən bəstəkar əsərlərinin tədrisi not üzrə aparılır. Musiqi mədəniyyətinin inkişafı bəstəkarlıq və ifaçılıq sahələrinin genişlənməsini, musiqi təhsilinin sistemləşdirilməsini tələb edirdi. Bu baxımdan 1921-ci ildə Azərbaycan Dövlət Konserva­toriyasının fəaliyyətə başlaması, eləcə də Bakıda və respublikanın iri şəhərlərində və rayonlarında orta ixtisas musiqi məktəblə­rinin musiqi texnikumlarının, uşaq musiqi məktəblərinin yaradılması bu məsələnin həlli istiqamətində mühüm addımlardır.

Açar sözlər: Azərbaycan, muğam, musiqi, xanəndə, xanəndəlik sənəti


Baxış: 70