Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/53/93-96

Humeyrə Nadiri

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

https://orcid.org/0009-0009-2725-6114

nadirihumeyre@gmail.com

 

Azərbaycan Respublikasında

“Konstitusiya və Suverenlik İli”

 

Xülasə

 

Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində Konstitusiya və suverenlik anlayışları bir-biri ilə sıx şəkildə əlaqəlidir və ölkənin hüquqi-siyasi sisteminin əsasını təşkil edir. Suverenlik xalqın və dövlətin ali hakimiyyət daşıyıcısı olması prinsipinə əsaslanır, Konstitusiya isə bu suverenliyin hüquqi ifadəsidir. Konstitusiya dövlətin siyasi, iqtisadi və hüquqi quruluşunu müəyyən edən, insan hüquq və azadlıqlarını təmin edən, hakimiyyətin bölgüsü və qanunun aliliyini təmin edən ali hüquqi sənəddir.

Suverenlik anlayışı dövlətin daxili və xarici siyasətdə müstəqil qərarvermə səlahiyyətinə malik olduğunu bildirir. Daxili suverenlik dövlətin öz ərazisində yeganə qanunvericilik, icra və məhkəmə hakimiyyətinə sahib olması, hüquqi nizamı müstəqil şəkildə qorumasıdır. Xarici suverenlik isə beynəlxalq arenada bərabərhüquqlu subyekt kimi fəaliyyət göstərmək, digər dövlətlərin təsirindən asılı olmadan milli siyasət aparmaq hüququnu ifadə edir.

Açar sözlər: Konstitusiya, suverenlik, müstəqillik, dövlətçilik, hüquqi dövlət, vətəndaş cəmiyyəti, azadlıq

 

 


Baxış: 2