https://doi.org/10.36719/2706-6185/43/88-98
Qüdsiyyə Allahverdiyeva
KU Leuven
https://orcid.org/ 0009-0007-9205-790X
allahverdiyevagudsiyya@gmail.com
Azərbaycan Respublikasında qadınların iqtisadi işləkliyi və əmək
bazarında gender bərabərliyi: maneələr və təsirlər
Xülasə
Qadınların əmək bazarındakı rolu tarix boyu hər daim dəyişmişdir. Hal-hazırda indiki dövrdə qadınların əmək bazarındakı sahib olduğu qüvvə inqilabi sosial transformasiyanın nəticəsidir. Gender bərabərliyi cinsiyyətindən asılı olmayaraq kişi və qadının həyatın sosial, iqtisadi və siyasi sahələrində bərabər payədə iştirakına icazə verən bir fenomendir. Dünya ölkələri qabaqcıl siyasət alətlərini inkişaf etdirsə də, qadınlar heç də hər zaman əmək bazarına asanlıqla çıxış əldə edə bilmirlər. Bu aktual mövzunu əsas götürərək, məqalə Azərbaycan Respublikasında yaşayan qadınların əmək bazarına çıxışına maneə törədən və/və ya əmək bazarında stabil qalmağa çətinlik yaradan problemləri aydınlaşdırmaq üçün yazılmışdır.
Bu məqalə qadınların əmək bazarındakı mövqeyini qiymətləndirmək üçün ikinci dərəcəli mənbələrdən istifadə edərək masaüstü araşdırmaya əsaslanır. İkinci dərəcəli mənbələrə müasir dövrdə qadınların iqtisadi iştirakını və gender bərabərsizliyini araşdıran elmi və analitik materiallar daxildir. Mövcud tədqiqatların əsasını təhlil edərək, bu tədqiqat qadınların iş imkanları və sosial mühitləri ilə bağlı əsas problemləri müəyyən edir. Tədqiqatların nəticələri qadınların əmək bazarında mövqeyini yaxşılaşdırmaq üçün siyasət dəyişikliklərinə ehtiyac olduğunu vurğulayır.
Açar sözlər: gender bərabərsizliyi, qadınların məşğulluğu, əmək bazarında gender fərqliliyi, gender əmək haqqı fərqi, qadınların sosial statusu