https://doi.org/10.36719/2663-4619/112/90-95
Rəhman Babayev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0008-7698-6917
babayerhman0@gmail.com
Azərbaycan Respublikasının iqtisadiyyatının GİZİT təhlili
Xülasə
Bu məqalədə Azərbaycan iqtisadiyyatının GİZİT (SWOT) təhlili aparılmış və ölkənin iqtisadi güclü və zəif tərəfləri, imkanlar və təhlükələr qiymətləndirilmişdir. Tədqiqat göstərir ki, Azərbaycanın enerji sektoru iqtisadi inkişafın əsas təkanverici qüvvəsidir, lakin bu sektorun üstünlük təşkil etməsi iqtisadiyyatın diversifikasiyasını çətinləşdirir. Son illərdə qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər, sənaye və istehsalat sahəsindəki irəliləyişlər, eləcə də turizm və rəqəmsal iqtisadiyyatın inkişafı perspektiv imkanlar yaradır. Bununla belə, neftdən asılılıq, inflyasiya, maliyyə sektorundakı çətinliklər və regional geosiyasi risklər iqtisadi dayanıqlılığa təsir edən əsas problemlər sırasındadır. Məqalə iqtisadi inkişaf üçün diversifikasiya, innovasiya və struktur islahatlarının vacibliyini vurğulayır.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, GİZİT təhlili, SWOT analizi, neftdən asılılıq, iqtisadi diversifikasiya, qeyri-neft sektoru, innovasiya, investisiya, makroiqtisadi stabillik, regional risklər, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, inflyasiya, maliyyə sektoru, turizm, geosiyasi risklər, strateji inkişaf