Azərbaycan Respublikasının normativ
sənədlərində fiziki tərbiyə siyasəti
Xülasə. Məqalədə normativ sənədlərdə fiziki tərbiyə siyasətinin əsas məqsədi kimi gənc nəsildə vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunmasına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi və s. məsələlər öz əksini tapır. Bütün bunlar fiziki tərbiyə siyasətinin ölkəmizdə böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Açar sözlər: hüquqi-normativ baza, vəzifə, məqsəd, qanun, hüquq, peşə hazırlığı, dövlət siyasəti