Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/49/7-16

Xəzər Hüseynov

Naxçıvan Dövlət Universiteti

 tarix elmləri doktoru

https://orcid.org/0009-0009-9396-1903

xezerhuseynov@gmail.com 

Elçin Zamanlı

Naxçıvan Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0005-9766-1810

elcinzamanli70@gmail.com

 

Azərbaycan, Rusiya və Türkiyə diplomatiyasında Naxçıvan

 

Xülasə

 

1920-1921-ci illərdə beynəlxalq durum ağır olmasına baxmayaraq, Osmanlı Türkiyəsi Azərbay­canın, xüsusilə də Naxçıvanın tarixi taleyinə biganə qalmadı. I Dünya müharibəsindən sonra bütün Transqafqaz millətlərinin azadlıq yönündəki dirəniş cəhdlərini öz siyasi iradələrinə tabe etdirməyə və türk-müsəlmanların ən etibarlı tərəfdaşı olan Türkiyəni Cənubi Qafqaza, Orta Asiya və ümu­miyyətlə, türk dünyasına yönəlik ən əlverişli yoldan məhrum etmək üçün Müttəfiqlər Naxçıvan və çevrəsinin ermənilər tərəfindən tezliklə zəbtinə çalışırdılar. Rusiya və İranın bu siyasi burulğanda Azərbaycana güzəştə gedəcəyinə inanmaq sadəlövlük olardı. Yeri gəlmişkən, İran da öz növbəsində Naxçıvanı ələ keçirməyə meylli idi. Belə kövrək bir zamanda İran agentləri çətin psixoloji durumda olan əhalini İrana meylləndirməyə çalışırdılar. Bu durumda Naxçıvan böyük dövlətlərin Azərbaycan və Türkiyə ilə diplomatik münasibətləri müstəvisində düyün nöqtəsinə çevrilmişdi. 20-ci illərin əv­vəllərində Naxçıvan Türkiyə-Sovet münasibətləri müstəvisinə keçdi.

Açar sözlər: Türkiyə, Rusiya, Naxçıvan, diplomatiya, bolşeviklər


Baxış: 461