Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/152-156

Lamiyə İsrafilova

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

https://orcid.org/0009-0004-5969-6628

lamka-f89@mail.ru

 

Azərbaycan teatrşünaslığında portret janrının təşəkkül dövrü və inkişaf mərhələləri

 

Xülasə

Məqalə Azərbaycan teatrşünaslığında portret janrının mövcud vəziyyətindən, tutduğu yerdən bəhs edir. Milli teatr tariximizi izləyən müəllif, teatr sənətində öz yaradıcılıq üslubları ilə seçilən sənətkarlar haqqında yazılmış portret məqalə və monoqrafiyaları araşdırmaqla, teatrşünaslıq elmində portret janrının keçdiyi mərhələləri üzə çıxarmağa, inkişaf mənzərəsini yaratmağa çalışır. Azərbaycan teatrşünaslığında portret janrında yazılan müəyyən ədəbiyyat nümunələri mövcuddur. Ayrı-ayrı dövrlərdə müxtəlif teatrşünaslar tərəfindən yazılmış portret monoqrafiyalar, portret məqalələr bu janrın inkişaf yolunu araşdırmaq üçün olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, Teatrşünaslıq elmi üçün C.Cəfərov, M.Məmmədov, M.Allahverdiyev, İ.Kərimov, Ə.Əliyeva, A.İsmayılova, T.Əyyubov, A.Babayev,C.Məmmədov, İ.İsrafilov, İ.Rəhimli, M.Əlizadə, A.Talıbzadə və digər müəlliflərin ayrı-ayrı aktyorların, rejissorların, dramaturqların həyat və fəaliyyətinə həsr olunmuş çox saylı portret monoqrafiya və məqalələr portret janrının zənginləşməsində və inkişafında mühüm rol oynamışdır. Teatr sənəti inkişaf etdikcə teatrşünaslıq elmi də müstəqil bir elm sahəsi kimi formalaşmağa, portret janrı da bu proses nəticəsində inkişaf etməyə başlamışdır. Amma bir küll halında götürsək, qeyd etməliyik ki, Azərbaycan teatrşünaslığında portret janrının geniş, əhatəli və sistemli şəkildə mənzərəsini yaradan, onun inkişaf dinamikasını araşdıran əsərlərə rast gəlmək çətindir.

Açar sözlər: Azərbaycan, teatr, teatrşünaslıq, portret, janr, sənətkar, aktyor, rejissor, milli, yaradıcılıq, xüsusiyyət


Baxış: 59