Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/130/41-54

 

 

Azərbaycan və digər türk dillərində evidentiallıq (şahidlik): müqayisəli tipoloji tədqiqat

 

Arzu Abbasova1* , Elburus Vəliyev1 ,

Qənirə Əsgərova1 , Arifə Zeynalova1

 

Xülasə. Məqalədə Azərbaycan dili və digər türk dillərində evidentiallıq (şahidlik) kateqoriyasının müqayisəli-tipoloji xüsusiyyətləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi türk dillərində informasiyanın əldə olunma mənbəyini ifadə edən qrammatik və semantik vasitələrin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirmək, həmçinin şahidlik kateqoriyasının türk dillərinin funksional-semantik sistemində tutduğu yeri aydınlaşdırmaqdan ibarət olmuşdur. Evidentiallıq danışanın təqdim etdiyi məlumatı hansı üsulla əldə etdiyini – hadisənin birbaşa müşahidəsi, eşitmə yolu ilə qəbul olunması, nəticə çıxarma və ya ehtimala əsaslanmasını ifadə edən mühüm semantik-qrammatik kateqoriya kimi təhlil edilmişdir. Məqalədə evidentiallığın nəzəri əsasları, onun modallıqla qarşılıqlı əlaqəsi və müxtəlif dillərdə ifadə vasitələri nəzərdən keçirilmişdir. Tədqiqat zamanı müqayisəli-tipoloji, təsviri və təhlil metodlarından istifadə olunmuşdur. Azərbaycan dili ilə yanaşı Türkiyə türkcəsi, qazax, qırğız və özbək dillərində şahidlik göstəriciləri araşdırılmış, onların morfoloji quruluşu və funksional-semantik xüsusiyyətləri müqayisə edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, türk dillərində evidentiallıq ümumi tarixi-linqvistik əsaslara malik olsa da, onun ifadə vasitələri müxtəlif dillərdə fərqli struktur və semantik xüsusiyyətlər qazanmışdır. Xüsusilə dolayı şahidliyin ifadəsi türk dillərinin böyük əksəriyyətində mühüm yer tutur və müxtəlif morfoloji vasitələrlə reallaşır. Müəyyən edilmişdir ki, evidentiallıq yalnız qrammatik zaman münasibətlərini deyil, həm də danışanın informasiyaya münasibətini, bilik mənbəyini və kommunikativ mövqeyini əks etdirən funksional sistem kimi çıxış edir.

 

Açar sözlər: evidentiallıq, şahidlik kateqoriyası, türk dilləri, Azərbaycan dili, dolayı şahidlik, tipoloji müqayisə, morfoloji göstəricilər, semantik xüsusiyyətlər


Baxış: 6