DOI: https://doi.org/10.36719/2789-6919/50/54-57
Tamam Mehrabova
Azərbaycan Dövlət Pedoqoji Universiteti
filologiya üzrə fəlsəfə doktoru
https://orcid.org/0000-0001-7719-9546
mehrabovat@gmail.com
Azərbaycan və Türk dillərində cümlənin II dərəcəli üzvləri
arasında fərqli sintaktik məqamlar
Xülasə
Dilin ümumi hadisə kimi cəmiyyətin fəaliyyətinin müxtəlif səviyyələri ilə yaxından əlaqəsi var. İnsanların əlaqəli olduğu və dərindən ilgi göstərdiyi sahələrdən ən qabaqcılı türkologiya elmidir. Türkologiyaya dair öz həllini tapmamış, yetərincə həll edilməmiş problemlərdən biri geneoloji bölgüyə əsasən dillərin qarşılıqlı öyrənilməsi və müqayisə olunması məsələsidir. Türkologiyanın öyrənilməsinin ilkin izlərini XI yüzilliyin böyük türkoloqu Mahmud Kaşğarinin əsərlərində görürük. O, əsərlərində türk dillərinin, dialektlərinin müqayisəli fonetika, leksika və qrammatikasını, onların səs-hərf tərkibini aydınlaşdırır. Qədim zamanlarda dünyada dillərin sayı əsaslı dərəcədə az olmuşdur. Zaman keçdikcə dillər parçalanmış və müxtəlif tərkibə, struktura malik dillər əmələ gəlmişdir. Kökü eyni olan dillər geneoloji cəhətdən qohum hesab olunur. Tərkib və strukturca oxşar dillərin hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili Altay dilləri ailəsinin türk dilləri qrupunun Oğuz dilləri yarımqrupuna daxildir. Oğuz yarımqrupuna Azərbaycan dili, Türkiyə türkcəsi, türkmən dili və qa-qauz dili daxildir. Bu dillərin oxşar cəhəti o qədər çoxdur ki, dillər bölünən zaman belə onların lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə yaxın olur. Bu səbəbdən də eyni dil qrupuna mənsub insanlar bir-birilərini daha yaxşı anlayır.
Açar sözlər: sintaksis, cümlə üzvləri, sintaktik quruluş, cümlə, türk dilləri