Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/18-34

Validə Paşayeva

Atatürk Universiteti

texniki elmlər üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-1600-2911

valide@atauni.edu.tr

 

Azərbaycan xalça və tikmələrinin kompozisiya və naxışlara görə müqayisəsi

 

Xülasə

 

Bu tədqiqatın məqsədi Azərbaycan tikmə və xalçaları arasındakı oxşarlıqları müəyyən etməklə onların ortaq mənşəyini təsdiqləməkdir. Əsas hipotez ondan ibarətdir ki, əgər bu sənət nümunələri çoxsaylı ümumi xüsusiyyətlərə malikdirsə, onların eyni köklərdən inkişaf etdiyi şübhəsizdir. Bu araşdırma, xarici elmi ədəbiyyatda və sənət çevrələrində Azərbaycan xalçalarının çox vaxt fərqli adlarla təqdim edilməsi və bu yolla onların həqiqi mənşəyinin təhrif edilməsi baxımından əhəmiyyətlidir. Nəticədə, bir sıra Azərbaycan xalçaları digər xalqların mədəni irs nümunələri kimi təqdim olunur. Bu yanlışların qəsdən ve ya bilməyərək təkrarlanması zamanla onların doğru kimi qəbul olunmasına gətirib çıxarır. Qeyd edilən hipotezi əsaslandırmaq üçün Azərbaycan tikmə və xalça nümunələri həm ümumi kompozisiya, həm də bir sıra kompozisiya elementləri baxımından müqayisə edilmişdir. Nəticələr göstərir ki, bu iki sənət ənənəsi arasında dərin əlaqə mövcuddur və onların ornament və kompozisiyaları əsrlər boyu paralel şəkildə inkişaf etmişdir. Bir çox hallarda mövcud faktiki material müəyyən bir kompozisiya ve ya elementin ilk dəfə tikmədə, yoxsa xalçada 

meydana çıxdığını müəyyən etməyə imkan vermir. Bununla belə, mövcud oxşarlıqların çoxluğu onların ortaq mənşəyini təsdiqləyir və bu xalçaların Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu sübut edir.

Açar sözlər: Azərbaycan tikmələri, Azərbaycan xalçaları, kompozisiya, ornament, mənşə


 


Baxış: 830