DOI: https://doi.org/10.36719/2706-6185/52/125-129
Fidan Abdullayeva
Bakı Dövlət Universiteti
https://orcid.org/0009-0009-9041-1324
fidanazmammadova@gmail.com
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil hüququnun inkişafı
Xülasə
Təhsil hüququ hər bir insanın fiziki, psixoloji, sosial və əqli inkişafını təmin etmək məqsədilə təhsil müəssisələrinə sərbəst girişi təmin edən əsas hüquqdur. Bu hüquq sərhəd tanımır, universal xarakter daşıyır və bütün şəxslərə şamil edilir. Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsasını qoymuşdur. Respublika yarandığı ilk günlərdən təhsil sahəsində mühüm islahatlar həyata keçirmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azər-baycan Xalq Cümhuriyyəti milli təhsil sisteminin bünövrəsini qoymuş, müstəqil və dünyəvi təhsil modelinin əsaslarını yaratmışdır. Bu atılan addımlar təhsil sahəsində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Açar sözlər: təhsil hüququ, Azərbaycan Xalq Cümhuriyyəti, Bakı Dövlət Universiteti, təhsil hüququnun inkişafı, Azərbaycan Respublikasında ilk universitet