Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/63/138-142

 

Azərbaycan XVI–XVII əsr Osmanlı

tarixçilərinin təsvirində

 

Rəsmiyyə Qasımova Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. Məqalədə XVI–XVII əsrlərdə Azərbaycan tarixinin öyrənilməsində Osmanlı tarixçilərinin əsərlərinin və arxiv materiallarının əhəmiyyəti araşdırılır. Tədqiqatda Peçəvi İbrahim Əfəndi, Solakzadə Mehmed Çələbi, Selaniki Mustafa Əfəndi və Övliya Çələbinin əsərlərində Azərbaycan, Səfəvi dövləti və Osmanlı–Səfəvi münasibətləri ilə bağlı məlumatlar təhlil edilir. Xüsusilə “Tarix”, “Tarixi-Selaniki” və “Səyahətnamə” əsərlərində Azərbaycanın şəhərləri, sosial-iqtisadi vəziyyəti, ticarət və sənətkarlığı, siyasi idarəçilik sistemi, hərbi hadisələri və əhalinin dini-mədəni xüsusiyyətləri haqqında verilən məlumatların elmi əhəmiyyəti müəyyənləşdirilir. Araşdırmada Əhkam və Mühimmə dəftərlərinin Səfəvilərin Anadoludakı fəaliyyəti və Osmanlı–Səfəvi münasibətlərinin öyrənilməsi baxımından mühüm mənbə olduğu göstərilir. Eyni zamanda, Osmanlı mənbələrində Səfəvilərə münasibətdə işlədilən dini-siyasi terminologiya təhlil olunur. Məqalədə Osmanlı mənbələrinin farsdilli və digər tarixi qaynaqlarla müqayisəli şəkildə istifadəsinin Azərbaycan tarixinin daha obyektiv və kompleks şəkildə tədqiqinə imkan yaratdığı nəticəsinə gəlinir.

Ayrıca, tədqiqatda tarixi-müqayisəli və mənbəşünaslıq təhlili metodlarından istifadə olunaraq, sənədlərin obyektivliyi qiymətləndirilir. Mənbələrdəki geosiyasi yanaşmalar və terminoloji çalarlar regional təhlükəsizlik və diplomatik münasibətlər kontekstində kompleks şəkildə nəzərdən keçirilir.

 

Açar sözlər: Səfəvilər, Osmanlı tarixçiləri, Osmanlı–Səfəvi münasibətləri, Övliya Çələbi, tarixi mənbələr

 


Baxış: 3